Keçid linkləri

-

AZƏRBAYCAN NİYƏ HÜQUQİ DÖVLƏT DEYİL?

Bu gün-Konstitusiya günü daha təmtəraqlı, daha da əlamətdar ola bilərdi. Amma parlamentində çox asanlıqla «Lazım gələrsə konstitusiyanı dəyişərik!» deyilən ölkədə bu gün bəlkə də elə məhz bu cür də olmalıdır...

Bir dəfə soruşmuşdular ki, Azərbaycanı hüquqi dövlət hesab etmək olarmı? O vaxt cavab verərkən bir az tərəddüd etdik, çünki demək olmazdı ki, ölkədə tamam hüquqi nihilizm hökm sürür, yox, belə deyil...

Üstəlik, Konstitusiyanın əhəmiyyətli hissəsi insanın və vətəndaşın hüquq və azadlıqlarına həsr olunub...

Amma bütün bunlara rəğmən yenə də deyə bilmədik ki, Azərbaycanda hüquqi dövlət var...

Amma bütün bunlara rəğmən yenə də deyə bilmədik ki, Azərbaycanda hüquqi dövlət var...

Ona görə ki, hüquqi dövlətdə hakimiyyət əsas insan haqları və hüquqları ilə məhdudlaşır.

Ona görə ki, hüquqi dövlətdə hüququn aliliyi və hakimiyyətin bölünməsi prinsipi təsbit olunur...

Kimsə deyə bilər ki, bunlar hamısı formal olaraq Konstitusiyada var. Amma məsələ də elə bundadır ki, formal hüquqi dövlət olmur...

HAKİMİYYƏTİ QISQANMAQ ÜÇÜN ƏSAS VARMI?

Dövlət ya hüquqi olur, ya da ki, olmur... Əgər soruşsaydılar ki, bu hakimiyyəti ən çox nədə qısqanırsınız, düşünmədən cavab verərdik ki, məhz Konstitusiyanın qəbul olunmasında - Ali Qanun ilk dəfə indiki hakimiyyətin dövründə, 1995-ci ildə qəbul olundu.

Onu bir az əvvəl qəbul etmək olardımı? Olardı. Amma vaxt çox az idi. Belə qanunların qəbulu üçün vaxt lazım gəlir- müzakirələr olmalıdır, cəmiyyət də bu prosesə cəlb edilməlidir...

İndiki hakimiyyət ilk dəfə Konstitusiya qəbul edilərkən müzakirələr təşkil etdimi? Cəmi bir müzakirə oldu. Ora ziyalıların bir qismi dəvət almışdı. Mövzu da dilin adı ilə bağlı idi... Bəlkə də bu da təsadüfi deyildi. Dil məsələsi Ali Qanunun digər qaranlıq məqamlarını kölgədə qoydu...

Nəticədə də əsas dövlət qurumlarının-parlamentin və məhkəmənin üstünə birdəfəlik «kölgə» düşdü, onlar hələ də bu «kölgə»dən-icra hakimiyyətinin möhtəşəm kölgəsindən çıxa bilmirlər.

Nəticədə də əsas dövlət qurumlarının-parlamentin və məhkəmənin üstünə birdəfəlik «kölgə» düşdü, onlar hələ də bu «kölgə»dən-icra hakimiyyətinin möhtəşəm kölgəsindən çıxa bilmirlər.

Təsəvvür edin, parlamentin spikeri fəxrlə deyir ki, onun başçılıq etdiyi dövlət institutunun qəbul etdiyi qanunların böyük əksəriyəti məhz prezident aparatından daxil olur...

Bircə o çatışmır ki, məhkəmələr də etiraf etsinlər ki, onların qəbul etdiyi mühüm qərarlar da elə həmin instansiyadan-prezident aparatından daxil olur. Bunu da etiraf etsəydilər hamı birdəfəlik rahat nəfəs alardı...

20 İLDƏ İKİ KONSTİTUSİYA «İSLAHATI»...

Amma bu, ali icra hakimiyyətinin Konstitusiyanın başına açdığı bütün oyunlar deyil...

Təsəvvür edin, 21 ildə Ali Qanunu iki dəfə dəyşidilər. Prezident seçkisi ilə bağlı ikidəfəlik məhdudiyyəti götürdülər, guya qanunvericilik təşəbbüslərinin bazasını genişləndirdilər...

İndi çox az adam Konstitusiyaya baxır. Bəlkə də onu yalnız Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları vərəqləyirlər.

Təsəvvür edin, 21 ildə Ali Qanunu iki dəfə dəyşidilər. Prezident seçkisi ilə bağlı ikidəfəlik məhdudiyyəti götürdülər, guya qanunvericilik təşəbbüslərinin bazasını genişləndirdilər...

Amma hiss olunur ki, onlar da bunu diqqətlə etmirlər, çünki bu qurumun da qərarları ilə ali icra hakimiyyətinin ovqatı arasında çox böyük sinxronluq var- Avropa İnsan Haqları Məhkəməsinin bir sıra siyasi məhbusların azad olunması haqda qərarı olsa da Konstitusiya Məhkəməsi hələki bu qərarlara «hə» deməyə tələsmir...

HƏTTA MƏKTƏBLƏRDƏ DƏ TƏDRİS OLUNUR...

Konstitusiya indi məktəblərdə də tədris olunur. Amma nə olsun ki? Sovetlərin vaxtında da belə idi, hətta ayrıca hüquq fənni tədris olunurdu...

Bəs əsl siyasi islahatları nədən başlamaq lazım gələrdi? Nə qəribə olsa da, yenə də Konstitusiyanın adını çəkəcəyik, çünki o mexanizm ki, Azərbaycanın Əsas Qanununun mayasını təşkil edir, o, düzgün qurulmayıb-parlamentin səlahiyyətlərinin və məhkəmələrin müstəqilliyinin artırılmasına ehtiyac var...

ÖZ BAYRAMLARI O QƏDƏR ÇOXDUR Kİ...

Bu gün Konstitusiya günü yetərincə qeyd olunmur. Halbuki gələn il onun-müstəqil Azərbaycanın ilk Konstitusiyasının 20 yaşı olacaq. Bəlkə də elə bu da təsadüfi deyil. Hakimiyyət üçün «əlamətdar» günlər o qədər çoxdur ki, ümummilli atributlara yer qalmır.

Onların «məntiq»indən belə bir nəticə hasil olur ki, vacib olan, qeyd edilməli hansısa mühüm hüquqi sənədlərin qəbulu yox, kimlərinsə hakimiyyətə gəldiyi gündür, çünki kimsə hakimiyyətə gəlməsəydi biz nəinki hüquqi sənədlər qəbul edə bilərdik, bəlkə heç özümüz də olmazdıq...

Ona görə ki, özünün hətta fiziki mövcudluğunu, varlığını da kimlərləsə bağlayan cəmiyyətlərin nəinki ali, heç adi qanunları da olmur. Məşhur bir filmdə deyildiyi kimi: «Detdom» uşaqlarının familiyası olmur, naçalnik»...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG