Keçid linkləri

Təcili xəbərlər

Nəhəng casus proqramına yoluxan kompüterlərdən parollar oğurlanır


-

Kompüter təhlükəsizliyi şirkəti deyir ki, çox qabaqcıl bir kibercasus proqramı aşkar edib. Symantec şirkəti bildirir ki, Regin adlı bu proqram bir hökumət tərəfindən yaradılıb və altı ildir dünyada müxtəlif hədəflərə qarşı istifadə olunub.

QƏRBDƏ HAZIRLANIB

Kompüterə yerləşdirilən bu proqram screenshot-lar edir, parolları oğurlayır və pozulmuş faylları bərpa edir.

Ekspertlər bildirir ki, bu proqram daha çox Rusiya, Səudiyyə Ərəbistanı və İrlandiyada kompüterlərə salınıb. Hökumət təşkilatları, bizneslər, fərdlər izlənib.

Tədqiqatçıların fikrincə, proqramın hazırlanmasına illər olmasa da, aylar sərf olunub. Symantec-də təhlükəsizlik strategiki Sian John deyir ki, bu proqramın Qərb təşkilatı tərəfindən hazırlandığı görünür.

STUXNET VƏ REGİN

Symantec aşkarlanan proqramı Stuxnet virusu ilə müqayisə edir. ABŞ və İsrailin hazırladığı həmin virusun hədəfi İranın nüvə proqramı idi.

Ancaq Stuxnet avadanlığı dağıtmaq üçün hazırlanmışdısa, Regin-in məqsədi informasiya toplamaqdır.

Noyabrın 20-də isə Amnesty İnternational İnsan haqları təşkilatı Electronic Frontier Foundation, Privacy İnternational, Digitale Gesellschaft ilə birlikdə yeni kompüter proqramını – Detekt proqramını təqdim edib. Bu proqram kompüter istifadəçisinə kompüterinin izlənib-izlənmədiyini öyrənməyə imkan verəcək. Aİ bildirir ki, bir çox hökumətlər də casus proqramları vasitəsilə vətəndaşlara göz qoyur. İndiyədək olan antivirus proqramlar bu casus proqramlarını tuta bilmirdi.

Ən son yazılan

XS
SM
MD
LG