Keçid linkləri

Təcili xəbərlər

İlk «Microsoft Care» açıldı


Cihaz qulluq mərkəzi «Microsoft Care»
Cihaz qulluq mərkəzi «Microsoft Care»

-

«Nokia»nın mühüm bir hissəsinə sahib olan «Microsoft» ilk cihaz qulluq mərkəzi «Microsoft Care»i açır.

Şirkət keçən ay «Lumia 535» adlı ilk «Microsoft» loqolu telefonunu da tanıtmışdı. Təbii ki, telefon istehsalı ilə yanaşı, telefonlara satışdan sonra dəstək də lazımdır.

«Microsoft» satdığı cihazlara verdiyi dəstəyi göstərmək üçün ilk «Microsoft Care» xidmət mərkəzini açır.

Şirkət uzun illərdir «Nokia»nın malik olduğu «Nokia Care» xidmət mərkəzlərini də «Microsoft Care» olaraq yeniləyəcək.

Mərkəzin ilk nöqtəsi isə 8 dekabr tarixində Sinqapurda xidmətə başlayıb.

«Microsoft» şirkəti satış sonrası xidmətin təşkilinin satışlara da müsbət təsir edən vacib element olduğunu açıqlayıb.

İlkin mərhələdə böyük mərkəzlərdə istifadəyə veriləcək «Microsoft Care» xidmət mərkəzlərinin zamanla daha geniş bölgələrə yayılacağı bildirilir.

XS
SM
MD
LG