Keçid linkləri

Təcili xəbərlər

Skype-da öz dilində danış, istədiyin dildə səslənsin


“Skype Translator”
“Skype Translator”

-

«Microsoft» şirkəti ötən aylarda «Skype Translator» (tərcüməçi) xidmətini təqdim etdi. Bu xidmət «Skype»da danışıqları avtomatik tərcümə edəcək. Beləliklə də, fərqli dillərdə danışan insanlar bir-birləri ilə asanlıqla ünsiyyət qura biləcəklər.

Maraqla gözlənilən “Skype Translator” xidmətinin ilkin, sınaq versiyası bu həftə təqdim edilib.

Bu barədə “Skype”ın rəsmi bloqunda məlumat verilir.

İlkin versiyada danışıqlar hələ ki, ispan və ingilis dillərində sinxron tərcümə edilir. Sınağın videosunda Washington və Mexico-dan iki məktəbli hərəsi öz dilində “Skype” vasitəsilə asanlıqla ünsiyyət qururlar. Digər şagirdlər də böyük sevinc və maraqla söhbəti izləyirlər.


Xidmətin daha sonra 40-dan çox dildə əlçatan olacağı bildirilir.

Xidməti sınaqdan keçirmək üçün “Skype Translator” saytında qeydiyyatdan keçmək, qeydiyyat zamanı ispan dilini seçmək və xidməti “Windows 8.1” platforması ilə işləyən qurğudan işə salmaq lazımdır.

“Skype Translator” danışığın tanınması, avtomatik tərcümə texnologiyalarından istifadə edir.

XS
SM
MD
LG