Keçid linkləri

-

İcra strukturlarının təzyiqləri sanki azmış kimi ilin sonunda Milli Məclis də KİV-ləri “unutmadı”.

Qanuna edilən düzəlişlərə görə bir ildə məhkəmənin qərarı ilə üç dəfə məsuliyyətə cəlb olunan və bir də xarici hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən KİV-lərin fəaliyyətinə xitam veriləcək.

Bu minvalla Azərbaycanda KİV-lər, xüsusən də yazılı mətbuat özünün son baharını yaşayır. Elə bu yazıda da məhz yazılı mətbuatın problemləri üzərində dayanmaq niyyətindəyik.

Ona görə ki, yerli elektron informasiya vasitələrinin üzərində dayanmağa dəyməz - onlar müstəqilliyin və sərbəstliyin nə olduğu dada bilmədilər. Bəlkə də bu, belə bir detaldan çox aydın görünür ki, özünün rabitə peyki olan ölkənin öz telekanallarının sayı heç 10-a çatmır...

80-Cİ İLLƏRDƏN QALANLAR...

Məsələ bundadır ki, yazılı mətbuatda azacıq da olsa azadlığın qalması da onun nəticəsidir ki, onun formalaşma dövrü əsasən 1993-cü ildən əvvələ təsadüf edir. Düzdür, 93-cü ildən sonra yaranan və formalaşan yazılı mətbuat orqanları da olub. Amma indi alnımızı nə qədər qırışdırsaq da onları xatırlaya və burada qeyd edə bilmirik.

Əslində bu daha çox ümumi tendensiyadır: çox şey 1993-cü ilə qədər yaranmışdı və bu ildən sonra cəmiyyət ən yaxşı halda o vaxta qədər mövcud olanları qoruyub saxlamağa çalışmaqla məşğul olub.

İndi də yazılı mətbuatın son qalıqlarını qorumaq üçün bütün güclər səfərbər olub – demokratik düşüncəli qruplar çalışır ki, bu ölkədə heç olmasa, qəzetlər yaşasın...

Metro stansiyalarının bəzisinin yanında qəzet satılan köşklər var. Bu köşklərdən qəzet alanda elə baxırlar ki, sanki sən təyyarə istəyirsən...

Çox maraqlıdır. Xarici süjetlərdə arabir qəzet köşkləri gözümüzə dəyir. Bir də görürsən ki, yerli telekanallar xarici ölkələrin necə bir ağır durum yaşadığı haqda süjet verir. Bu süjetlərə yalnız görmədiyimiz yerləri heç olmasa, televiziyadan görmək üçün baxır və vizual olaraq oradakı vəziyyəti hiss etmək istəyirik.

Siyasət də elə şeydir ki, etiraz edən insanları göstərəndə çaşıb qəzet köşklərini də göstərirlər. Baxıb görürsən ki, “çürüməkdə olan” böyük Avropa ölkələrində əməlli-başlı mətbuat var...

ƏN AZI İNTERNETDƏ OXUNUR...

Yox, demirik ki, qanuna edilən düzəliş mətbuat üçün böyük təhlükədir. Ən azı ona görə ki, ölkədə mətbuat demək olar ki, yoxdur. Yayım texnologiyalarının başına min bir oyun açılandan sonra köşklər qəzetləri elə yerlərə soxurlar ki, adam çaş-baş qalır: əcəba, bu ölkədə heç mətbuat qalıbmı?

Amma rusların belə bir misalı var ki, xoşbəxtlik olmazdı, di gəl, bədbəxtlik kömək etdi. İndi qəzetlərin daha çox internet versiyası oxunur. Hətta xüsusilə qeyd etmək yerinə düşər ki, internet versiyaları qəzetlərin özündən qat-qat çox oxunur.

İnternet versiyalarının uğurlarını qəsdən qabartmaq istəmirik, çünki bu, hakimiyyətin diqqətini cəlb edə bilər. Azərbaycanda isə ən böyük təhlükə bu hakimiyyətin nəzər-diqqətinə düşməkdir. Dərhal hansısa bir qadağa fikirləşəcəklər. Qadağalar, yasaqlar sarıdan fantaziyalarına söz ola bilməz və bu sarıdan onlarla bağlı irad yoxdur: əsl hakimiyyətdir...

KAĞIZ VARİANTININ DA ÖZ ÜSTÜNLÜKLƏRİ VAR...

Metrodan ticarət köşkləri yığışmalı idi. Amma qəzet və kitab köşkləri bu ölkənin onsuz da bəsitləşmiş həyatına bir yaraşıq verirdi. Onları niyə yığışdırdılar? Bu gün elə bil bizə də nəsə olub: elə sadəlövh suallar veririk ki...

Azərbaycanda isə ən böyük təhlükə bu hakimiyyətin nəzər-diqqətinə düşməkdir. Dərhal hansısa bir qadağa fikirləşəcəklər. Qadağalar, yasaqlar sarıdan fantaziyalarına söz ola bilməz və bu sarıdan onlarla bağlı irad yoxdur: əsl hakimiyyətdir...

Ona görə yığışdırdılar ki, camaat oxumasın. Amma camaat oxuyur və oxuyacaq da...

Düzdür, bəzən qəzetlərin kağız variantının da üstünlükləri olur. Məsələn, metroda olanda və yaxud da kimisə, nəyisə gözləyəndə qəzetlərə baxırsan ki, vaxt keçsin.

İndi bu, xeyli məhdudlaşdırılıb. Metro stansiyalarının bəzisinin yanında qəzet satılan köşklər var. Bu köşklərdən qəzet alanda elə baxırlar ki, sanki sən təyyarə istəyirsən...

Ən əsası isə bilirsiniz nədir? Yazılı mətbuatı özünü oxutdurmaq üçün əl atdığı əksər imkanlardən məhrum ediblər. Qəzet də az qala gözə girməlidir ki, adam onu oxumağa məcbur olsun. Burada pis heç nə yoxdur. Digər istehlak malları kimi qəzetlər də son nəticədə satılmaq üçündür...

Amma indiki köşklərin işi qəzet satmaq deyil. Onlar öz siqaretlərini, kolalarını satır və bununla da işlərini bitmiş hesab edirlər...

SƏHƏRLƏR DAHA NƏDƏN DANIŞMAQ OLARDI?

Türkiyə telekanallarında qəzetlərin icmalı verilir. Bu da oxucuda maraq yaradır. Azərbaycanda hər səhər bir neçə saat davam edən səhər proqramları var. Orada aparıcılar saatlarla əsnəyə-əsnəyə mənasız şeylər danışırlar. Amma bu vaxtın kiçik bir hissəsini mətbuata həsr etmək olardı. Olardı, di gəl, olmur, çünki “yuxarı”ların səhərini təlx etməkdən qorxurlar. Özü də yaman qorxurlar...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG