-
Apple-ın yeni mobil ödəmə xidməti Apple Pay ABŞ bazarına sürətlə daxil olub. Şirkətin məlumatına görə, xidmətin noyabr ayı üçün statistikası gözləntiləri üstələyib.
Apple'ın iOS 8-lə birlikdə istifadəyə verdiyi Apple Pay ödəmə sistemi hazırda təkcə ABŞ-da istifadə edilsə də, noyabr ayı üçün göstəriciləri yüksəkdir.
Yeni mobil sistem ümumilikdə bazarda 1 faizə sahib olmaqla yanaşı, yemək ödəmələrində də populyar olub. İstifadəçilər yemək ödəmələrini daha çox Apple pay ilə edirlər. Ödəmə edilən restoranların ön sırasında Whole Food yer alır, ikinci yerdə Wallgreens, üçüncü yerdə Mc Donald's gəlir.
Sistemin 20 yanvar tarixinə qədər 200 mindən çox pərakəndə obyektdə istifadəsi gözlənilir.