Keçid linkləri

Təcili xəbərlər

2014-ün ilin bu möcüzələri diqqətindən yayınıbsa (VİDEO)


Kometə eniş, Asteriodə uçuş, Marsda həyat
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Kometə eniş, Asteriodə uçuş, Marsda həyat

- 2014-cü il bizə insan əqlinin hüdudları arasındakı uçurumu da nümayiş etdirdi.

Suriyada, İraqda yayılan təfəkkürün 1000 il, Rusiyada bir əsr geriyə qayıtmaq cəhdləri ilə Yaponiyanın, Avropa və ABŞ-ın kosmik fəza ənginliklərinə, 25, 100 il gələcəyə can atan təşəbbüsləri arasındakı ziddiyət ötən ilin bəlkə də ən əsas xüsusiyyəti ola bilərdi.

Reutersin tərtib etdiyi ilin kosmos yekunları 2014-ün insan övladı üçün elə də itirilmiş dövr olmadığına dəlalət edir.

1. Kepler-186F planeti

1. Komsom 2014 - Kepler-186F planeti
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Aprel ayında NASA kainatda Yer kürəsinə bənzər ekzoplanet (Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet) aşkar edilməsi haqda xəbər yaydı. Kepler-186F adını alan planet Günəşdən təqribən 2 dəfə kiçik olan ulduzun orbitində dövrə vurur. Yerdən 500 işıq ili məsafəsində, Qu quşu bürcündə müəyyən edilmiş planet öz ulduzundan elə bir məsafədədir ki, alimlərin fikrincə, onun səthindəki hərarət suyun maye halında mövcud olmasına imkan verir.

2. ALMA teleskopu

2.Kosmos-2014 ALMA teleskopu
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

İyun ayında Çilinin Atakama dağ platosunda dünyanın ən böyük ALMA yerüstü teleskpopunun quraşdırılması başa çatdı. 12 ədəd 7 metrlik və 54 ədəd 12 metrlik dimaetrli canaq antennallardan ibarət olan ALMA ilə indiyədək istifadə olunan Habbl orbital teleskopundan 10 dəfə uzağın şəklini çəkmək olur. Bu teleskopun ardınca eyni ərazidə dünyanın ən böyük rəsədxanasının tikintisinə başlanıb. Burada 39 metrlik seqment güzgüsündən istifadə edən teleskop quraşdırılacaq. Tikintinin 10-11 il çəkəcəyi nəzərdə tutulur.

3. James Webb teleskopu

3.Kosmos-2014 James Webb teleskopu
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

ABŞ-ın Merilend ştatında isə tam sürətlə daha bir yeni nəsl teleskopun hazırlanması işi gedir. NASA-nın 2-ci rəhbəri James Webb-in (Ceyms Veb) adını daşıyacaq bu teleskop orbital Habbl teleskopunu əvəz edəcək. Teleskopun 6,5 metr diametri olan əsas güzgüsünü tennis kortu ölçüsündə 5 laylı xüsusi lövhələr günəş işığından qoruyacaq. Teleskopun 2018-ci ildə Yerin orbitinə çıxarılması nəzərdə tutulur.

4.Kosmik gəmi qəzaları: Antares və SpeysŞipTu

4-5.Kosmos-2014 Anteres və SpaysŞipTu qəzaları
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Ötən ilin payızı astronavtika sahəsindəki bir sıra qəzalarla da yadda qaldı. Oktyabrda "Siqnus" kosmik gəmisini orbitə çıxaran "Antares" raketi 15 saniyədən sonra havada partlayaraq yerə düşdü. Bu, NASA-nın 2011-ci ildə çoxistifadəli Şatl texnologiyasından imtina etdiyindən bəri ilk uğursuzluğu idi. Qəzanın mümkün səbəblərindən biri kimi təhqiqatçılar 50 il əvvəl Sovet Ukraynasında hazırlanan raket mühərrikinin sıradan çıxmasını göstərirlər.

Noyabrın əvvəlində kosmonavtikaya daha bir uğursuzluq baş verdi. Vircin Qalaktik şirkətinin hazırladığı yeni kosmik gəmi texnologiyası - SpeysŞipTu (SpaceShipTwo) Kaliforniyanın Mohave səhrası üzərindəki sınaq uçuşunda qəzaya uğradı.

SpeysŞipTu proqramı kosmik gəmilərin yerdən deyil, xüsusi təyyarə ilə stratosferə qaldırılaraq oradan 100 kilometrə qədər Yer orbitinə büraxılmasını nəzərdə tuturdu. Qəza nəticəsində gəmi pilotlarında biri həlak oldu, digəri isə ağır yaralandı. Şirkətin rəhbəri Richard Branson qəzanın səbəblərinin müəyyənləşdiriləcəyini, proqramın isə davam etdiriləcəyini bildirdi.

5.Günəşin Yupiter boyda ləkəsi

6.Kosmos-2014 Günəşin nəhəng ləkələri
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

2014-cü ilin payızında astronomlar Günəş üzərində nəhəng ləkələr qeydə aldılar. Alimlər bildirdilər ki, sonuncu dəfə Günəş səthində belə böyük ləkə 1990-cı ildə müşahidə olunub. Ən iri ləkənin ölçüsü Yupiter planeti boyda, başqa sözlə, Yer kürəsindən 14 dəfə böyük olub. Ümumiyyətlə isə həmin günlərdə ən güclü X qrupuna aid edilən 5 belə ləkə qeydə alınıb. Alimlərin diqqətini çəkən fakt odur ki, bu partlayışların heç birində adətən Günəşin səthinə (tacına) yayılan püskürmələr müşahidə olunmayıb .

6.2018-də asteroidə enib, 2020-də Yerə qayıdacaq

7.Kosmos-2014 Hayabusa-2 zondu 1999GX3 asteroidinə doğru
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

Dekabrın əvvəlində Yaponiya Hayabusa-2 zondunu fəzaya göndərdi. Alimlərin hesablamalrına əsasən, 2018-ci ildə kosmik qurğu günəs sistemindəki 1999GX3 asterodinin səthinə enərəkqrunt nümunələri toplayacaq. 1 il 6 ay asteroid səthini analiz edən Hayabusa-2-nin yenidən geri qayıdaraq 2020-ci ildə Yerə çatacağı gözlənilir.

7.İlk insanı Marsa çatdıracaq "Orion"

8-9.Kosmos-2014 İnsanı Marsa aparacaq "Orion"
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Dekabrda uzaq kosmik fəzaların tədqiqatı üçün nəzərdə tutulan daha bir qurğunun, pilotlu "Orion" kosmik gəmisinin sınaqları keçirilib. İlk test səfərində kosmik gəmi pilotsuz - avtomatik rejimdə fəzaya qalxaraq Yer kürəsi ətrafında 2 dövrə vurub. Cəmi 4,5 saat çəkən uçuşda "Orion" Yer kürəsindən 6 min kilometrə qədər uzaqlaşaraq uğurla Sakit okeanın səthinə enib. 2018-ci ildə "Orion" yenə də avtomatik rejimdə Aya qədər uçub, onun ətrafında dövrə vurandan sonra Yerə qayıtmalıdır. Bu kosmik gəminin astronavtlarla uçuşu 2021-ci ilə nəzərdə tutulur.

Mühəndislər ümid edirlər ki, ilk dəfə insan ayağının Mars planetinə basması məhz "Orion" vasitəsilə olacaq. Hələliksə "Qırmızı planetin" səthini araşdıran NASA-nın "Kuriositi" qurğusu müəyyən edib ki, 3,5 milyard il əvvəl orada diametri 150 kilometrə yaxın göl mövcud olub. Bundan başqa, "Kuriositi"nin qeydə aldığı metan püskürmələrini analiz edən alimlər belə nəticəyə gəliblər ki, Marsda canlı həyatın yaranması üçün münasib mühit mövcuddur.

8.Misli görünməyən komet enişi

10.Kosmos-2014 Rozetta və Fila 67p/Churymov-Gerasimenko kometində
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

2014-cü ilin ən böyük kosmik hadisəsi isə sözsüz ki, Avropa Kosmik agentliyinin 10 il əvvəl fəzaya göndərdiyi "Rozetta" zondunun adı ilə bağlıdır. Ötən dövrdə Yer kürəsinin yanından 3 dəfə keçərək Günəşi də ötən "Rozetta" bizim planet sisteminin kənarında öz məqamını gözləyirdi. 2014-cü ildə kosmik qurğu alimləri dəfələrlə sevindirdi. Ötən ilin yanvarında proqramlaşdırılmış qaydada "yuxudan oyanaraq" Yerə siqnallar göndərdi. Sonra da əsas məqsədi olan 67p/Churymov-Gerasimenko kometinə sarı üz tutdu. Avqust-sentyabrda kometin orbitinə çıxan Rozetta noyabrda Fila enmə qurğusunu onun səthinə yönəltdi. Sonuncu əməliyyat tam dəqiq olmadığından Fila bir neçə dəfə kometin səthindən aralanıb yenidən endi. Lakin sonda günəş işığının düşmədiyi ərazidə qaldığından enerjisi tükəndi. Alimlər gözləyirlər ki, enmə qurğusunun qaldığı ərazi bir necə aydan sonra günəş işığına keçəcək. Bu zaman onun günəş batareyaları yenidən enerji hasil edərək qurğunu hərəkətə gətirəcək.Rozetta isə daha bir il ərzində 67p/Churymov-Gerasimenko orbirtində fırlanaraq 430 milyon kilometrlik bir məsafədən alimlərə maraqlı məlumatlarla dolu siqnallar göndərəcək.

Ən son yazılan

XS
SM
MD
LG