Keçid linkləri

Təcili xəbərlər

Microsoft rəqəmsal gözlüyünü təqdim etdi- [Video]


Microsoft-un təqdim etdiyi HoloLens
Microsoft-un təqdim etdiyi HoloLens

-

Mars planetini qarış-qarış gəzmək üçün kosmik gəmiyə və xüsusi kosmonavtika təliminə ehtiyac yoxdur.

Microsoft şirkətinin NASA ilə birlikdə hazırladığı yeni texnologiya alimlərə «Qırmızı planetin» səthində virtual səyahət kimi nadir imkan yaradır. Bu imkanı 3D – 3 ölçülü görüntülərin holoqramını təmin edən Microsoft HoloLens (Windows 10) portativ qurğusu təmin edir.

NASA-nın Kaliforniyadakı laboratoriyasında hazırlanan yeni texnologiya OnSight adlanır və alimərə Mars səyahətinin əsaslı şəkildə hazırlanmasına yaxından kömək edəcək.

İndiyədək istifadə olunan texnologiya 2 ölçülü görüntülərə əsaslanırdı və daha çox xəritə üzərindəki işə bənzəyirdi. OnSight texnologiyası vasitəsilə isə alimlər Yer kürəsində oturub Mars səthində detallı virtual hərəkət edəcəklər.

HoloLens istifadə zamanı
HoloLens istifadə zamanı

OnSight-ın layihə meneceri Jeff Norris belə deyir:

«Əvvəllər Marsı tədqiq edən alimlər məcbur idilər durmadan kompüter ekranındakı şəkilləri nəzərdən keçirsinlər. Yeni qurğu isə onlara ətraf mühiti daha canlı şəkildə öyrənməyə imkan verir və Yerdə geoloqların ekspedisiya işləri zaman görüdüyü işi xatırladır».

NASA bu ilə nəzərdə tutulan Curiosity proqramında və gələcəkdəki kosmik səfərlərdə OnSight texnologiyasından istifadə edəcəyini bildirir.

Təqtimat zamanı deyilib ki, Hololens müxtəlif rejimlər üçün- oyun, Skype, video baxışı üçün də nəzərdə tutulub. Məhsulun satışa çıxması və qiyməti haqda məlumat verilməyib.

Ən son yazılan

XS
SM
MD
LG