Keçid linkləri

Təcili xəbərlər

Facebook istifadəçiləri bir-birinə pul köçürə biləcək


Arxiv fotosu
Arxiv fotosu

.


“Facebook newsroom”da açıqlanan məlumatda deyilir ki, yaxın vaxtlardan istifadəçilər Messenger-dən bir-birinə pul göndərə və qəbul edə biləcəklər.

“İnsanların dostlarına rahat və təhlükəsiz pul göndərə bilmələri üçün messenger-ə yeni xüsusiyyət artırdıq," - yazan Facebook bu xidmətdən hələlik ancaq ABŞ-da yararlanmağın mümkün olacağını vurğulayır.

Pul köçürmələti online bank sisteminə bənzəyir. İstifadəçilər bank kartlarının göstəricilərindən istifadə etməlidirlər. Proses təxminə belədir:

"Pul göndərmək üçün əvvəlcə dostuna Messenger-də bu barədə yazırsan, sonra “$” işarəsini sıxıb, məbləği seçir, “Pay” (ödə) düyməsi ilə təsdiq edirsən. Nəhayət bank kartının məlumatlarını qeyd etməklə pulu göndərirsən.

Bildirilir ki, Facebook vasitəsilə göndərilən pul 1-3 iş günü ərzində dostunun hesabına oturur.

Facebook gələcəkdə maliyyə xidmətinin ABŞ-dan başqa digər ölkələrdə də istifadə oluna biləcəyinə ümidlidir.

XS
SM
MD
LG