Keçid linkləri

“Apple” şirkətinin təsisçilərindən biri olan Steve Wozniak deyib ki, “Gələcək insanlar üçün pis və qorxulu olacaq”.

“Apple” şirkətinin təsisçilərindən biri olan Steve Wozniak deyib ki, “Gələcək insanlar üçün pis və qorxulu olacaq”.

Steve Wozniak bu həftə verdiyi müsahibələrdən biri ilə “Süni Zəka haqqında Qorxulu Proqnozlar verən Supervarlı Texnoloqlar”ın (The Super Rich Technologists Making Dire Predictions About Artificial Intelligence)klubuna qoşulmuş olub. Ondan əvvəl Bill Gates, Stephen Hawking və Elon Musk artıq bu kluba üzv idilər.

Biz allahlarmı olacağıq, qarışqalarmı?

Steve Wozniak Avstraliyanın “Financial Review” məcmuəsinə müsahibəsində deyib ki, robotlar insan irqini üstələyəcək.

“Stephen Hawking və Elon Musk kimi mən də proqnoz verirəm ki, gələcək, insanlar üçün çox qorxulu və pis olacaq – deyib Wozniak, - Əgər biz, bizim üçün bütün işləri görən bu cihazları yaradırıqsa, son nəticədə onlar bizdən daha sürətli düşünməyi öyrənəcək və şirkətlərin daha səmərəli işləməsi üçün astagəl insanlardan izal olacaqlar”.

Woz oxucularını lap Halovin gecələrindəki uşaqlar kimi qorxutmağa çalışıb: “Belə bir şəraitdə biz allahlarmı olacağıq, yoxsa ev heyvanlarımı, yoxsa da tapdaq altda qalan qarşıqalarmı, bax, burasını bilmirəm…”

O deyib ki, hər ehtimala qarşı öz iti ilə mehriban davranmağa çalışacaq.

İnsan zəkası aciz qalacaq

Wozniak bildirib ki, o bu fikrə sadə bir hesablama nəticəsində gəlib: Əgər kompütrer prosesinin sürəti hər il iki dəfə artırsa, müəyyən məqamda silikon tranzistorlarının ölçüsü atom qədər kiçik olacaq. Əgər ölçü bundan da az olsa, onda söhbət artıq subatom hissəciklərindən gedəcək – yəni kvantdan. Bu isə hələlik insanlar tərəfindən öyrənilməyib.

“Financial Review” yazır: Wozniak-ın proqnozu o deməkdir ki, iş adamı əvvəlki mövqeyini 180 dərəcə dəyişib.

O bundan əvvəl Ray Kurzweil-in belə bir nəzəriyyəsini rədd edirdi ki, supercihazlar bir neçə onillik ərzində insan zəkasını kölgədə qoyacaq.

“Kompüterlər insanlara üstün gələcəklər” – deyir Wozniak.

O deyir ki, bu, elmin məntiqi inkişafıdır, lakin sonunda insan, zəkaca özündən yüksəkdə duran zəka yaradacaq.

“Biz İblisi çağırırıq”

Yanvar ayında Bill Gates yazırdı: “Mən superzəkadan narahat olanların düşərgəsindəyəm”.

Ondan bir ay əvvəl isə Hawking demişdi ki, süni zəka insan irqinə son qoyacaq.

Britaniya ixtiraçısı Clive Sinclair BBC-yə deyib ki, onun fikrincə, süni zəka bəşəriyyətin axirəti olacaq.

Musk isə ötən oktyabrda keçirilən bir simpoziumda söyləyib ki, “süni zəka yaratmaqla biz İblisi dəvət edirik”.

Onun fikrincə, filmlərdə olduğu kimi “pentaqram və müqəddəs su” vasitəsilə İblisdən yaxa qurtarmaq mümkün olmayacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG