-
2 aprel, Ümumdünya Autizm Günündən sonra “Microsoft” şirkəti autizmli şəxsləri sevindirəcək bir açıqlama yayıb.
“Microsoft”un rəsmi bloqunda dərc olunan xəbərə əsasən, şirkət autizmli xəstələri iş həyatına cəlb etmək üçün pilot layihəyə başlayır.
Layihə çərçivəsində autizmdən əziyyət çəkən şəxslərin Microsoftun New York-dakı ofisində işlə təmin olunması planlaşdırır.
Şirkətin prezidentinin müavini Mary Ellen Smith bildirib ki, hər bir fərdin özünəməxsus potensialı var, o cümlədən autizmli adamların. Onun sözlərinə görə, belə şəxslərin güclü tərəflərinə, onların sahib olduqları bacarıqlara Microsoft-da ehtiyac var.
Allen Smith əmindir ki, özünəməxsus işçilərlə uğurlu layihələri həyata keçirə biləcək, yeni məhsullar, xidmətlər hazırlayacaqlar.
Şirkətin bu addımından sonra başqa iri şirkətlərin də bənzər layihələr ortaya qoyacağı gözlənilir.