Keçid linkləri

Təcili xəbərlər

Roma papasının "soyqırım" bəyanatına Azərbaycan FB-nun cavabı


Roma Papası Ermənistan prezidentli ilə görüşür
Roma Papası Ermənistan prezidentli ilə görüşür

-
1915-ci il hadisələri Türkiyədə olduğu kimi, Azərbaycanda da həssas mövzudur. Odur ki, Roma Papasının “soyqırım” sözünü dilə gətirməsi sosial medianın Azərbaycan kəsimində dərhal əks-səda verdi.

"Soyqırım", İnkvizisiya və Holokost

Ən çox paylaşılan fikirlədən biri politoloq Ərəstun Orucluya məxsusdur

Yazır ki, İnkvizisiya və Holokost kimi cinayətlərdə Vatikan bilavasitə iştirak etdiyi halda, Türkiyə həmin cinayətlərin qurbanlarını xilas edirdi. Ona görə də, Ərəstun Oruclunun fikrincə, Vatikanın Türkiyəni qınaması mənəviyyatsızlıqdır.

"Soyqırım" Türkiyədən çox, Azərbaycana təhlükədir

Real Hərəkatı İdarə heyətinin üzvü Erkin Qədirli məsələyə 2 geniş şərhlə reaksiya verir. Tarixi rakursda verilən bu şərhlərdən biri Bizans imperiyası , digəri isə Sovet vaxtlarına aiddir.

Müəllif hesab edir ki, bu məsələdə Azərbaycan Türkiyədən fərqli olaraq daha ehtiyyatlı olmalıdır. Çünki Türkiyə üçün ermənilərin kampaniyasının tarixi, akademik əhəmiyyəti var. Bu əsasda onlara heç kim bata bilməyəcək. Azərbaycanı gözləyən təhlükə isə odur ki, ermənilərin könlünü məhz Azərbaycanın hesabına ala bilərlər. Erkin Qədirli fikrini əsaslandırmaq üçün SSRİ vaxtı Sumqayıt hadisələri ilə bağlı Ermənistanın apardığı siyasəti misal gətirir və xatırladır ki, Moskvanın diqqətini Qarabağa çəkmək üçün ermənilər Sumqayıt hadisələrinin də “soyqırım” kimi tanınmasına çalışırdılar.

Katolik kilsə tarix boyu ermənilərdən istifadə edib

Daha qədim tarixi rakursda isə Erkin Qədirli yazır ki, zamanında Roma Katolik Kilsəsi Ermənilərdən çox istifadə edib, o cümlədən də Bizans İmperatorluğu'na qarşı geopolitik savaşda. Erməni Qriqoryan kilsəsinin Bizans'a tabe olmadığını bilən Vatikan Konstantinopol'un ideoloji hakimiyyətinə (dini nüfuzuna) qarşı Ermənilərdən istifadə etmişdi.

Azərbaycanın Vatikana maddi yardımı

Bir sıra istifadəçilər Azərbaycan prezidentinin və Birinci ledinin Vatikanla isti əlaqələrini yada salırlar. Elə həmin Erkin Gədirli yazır “Diqqət yetirin, Papa 20-ci əsrdə başqa qırğınların da adını çəkir. Amma Xocalı'nı demir. Bizimkilər də Vatikana, muzey-bərpa işləri adı altında xeyli pul verir” və əlavə edir ki, xərclənən bu pullar hədər gedib.

Şeyx hara baxır?

Bəzi Facebook istifadəçiləri məsələyə münasibətlərini sualla ifadə edirlər. Ekspert İlham Şaban soruşur ki, Azərbaycanın Vatikanda səfiri varmı? Müsavatçı Niman Əsgərov isə Şeyx Allahşükür Paşazadənin niyə susması ilə maraqlanır?

24 aprel Türkiyə Azərbaycan həmrəyliyi

Millət vəkili Faizl Mustafa təklif edir ki, 24 apreli Azərbaycan və Türkiyənin həməryliyi xüsusi olaraq vurğulansın. Fazil Mustafa konkret təklif də irəli sürürÇanaqqala zəfərinin 100 illiyini Azərbaycan da qeyd edək. Göstərək ki, biz bu günü zəfər bayramı kimi qeyd edirik. Göstərək ki, Türkiyə ilə necə həmrəyik”. –deyə yazır.

Bir sıra şərhlərdə isə belə bir ümumi fikir var – Ermənistanın "soyqırım" kampaniyası Kim Kardashianla Roma Papasını eyniləşdirdi.

XS
SM
MD
LG