Keçid linkləri

Smartfonla idarə olunan maşın [Video]


-

Britaniyada smartfonla idarə olunan maşın düzəldiblər.

"Jaguar Land Rover" şirkəti Range Rover Sport modelinin yenilənmiş versiyasını nümayiş etdirib.

Sürücü düşüb maşını Smartfonundakı xüsusi app vasitəsilə irəli-geri verə, park edə bilər.

Bu haqda "Birmingem Post" xəbər verir.

İstehsalçı hesab edir ki, bu üsul ilk növbədə yolsuzluq şəraitində və parkinq zamanı yardımçı olacaq.

Şirkət rəsmiləri qeyd edirlər ki, çökəklik və təpələri avtomobilin yanında olanda daha asan keçmək olar nəinki salonda oruranda.

Həmçinin yanındakı maşınlar avtomobilə çox yaxın saxlanıbsa və qapını açıb salona girmək mümkün deyilsə, bu app köməyə gələcək.

App 10 metr radiusda işləyir. Əgər istifadəçi işlək zonadan çıxarsa avtomobil dərhal dayanır. İstifadəçi avtomobilə çox yaxın olduqda da app işləmir. Hər iki məhdudiyyət təhlükəsizlik baxımından işlənib. Daha bir tələb avtomobilin açarlarının (ağıllı açar) smartfonun yaxınlığında olmasıdır, açar olmadıqda mühərrik işə düşmür.

İlk ağıllı parkinq sistemini 2011-ci ildə Audi şirkəti təqdim etmişdi. 2012-ci ilin avqustunda isə Çinin BYD şirkəti Su Rui modelini təqdim etmişdi. Bu model brelok vasitəsi ilə uzaqdan idarə olunurdu.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG