Keçid linkləri

-

İyunun 24-də «Microsoft Azerbaijan» şirkətinin təşkilatçılığı ilə «Cloud Camp–Baku» seminarı keçiriləcək. Seminar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, «Cloud Camp-Baku» «Microsoft» şirkətinin tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün təşkil etdiyi qlobal İKT tədbiridir. «Cloud Camp-Baku» tədbirinin əsas mövzusu bulud mühitidir.

Tədbirdə bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil proqramların yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma istiqamətləri əhatə olunacaq.

XS
SM
MD
LG