Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda “WhatsApp”la zəng eləmək əzabı


-

““WhatsApp”ın zəng funksiyası açılanda çox sevinmişdim, Azercell abonentiyəm, amma gah alınır, gah yox.

Skype üzərindən danışa bilirəm, həm Azercellin interneti ilə, həm də hardasa Wi-Fi olanda. Amma WhatsApp-dan zəng edə bilmirəm”.

Bunu Bakı sakini Lalə Əliyeva AzadlıqRadiosu ilə söhbətində deyir.

Rafiq Məmmədli də hələ mobil telefonunda ““WhatsAppcall”dan yararlana bilmir. Deyir ki, onun telefonu Windows sistemini dəstəklədiyindən “call” funksiyası yeni açılıb:

“ 4-5 gün ancaq olar. 3G sistemdə (hətta H+, yəni 3G-dən yüksək sürətli) danışmağa cəhd eləmişəm, heç birində bir kəlmə də danışmaq olmayıb. Mənə təəccüblü o gəlib ki, götürmək istəyəndə “otboy” alınır”.

Bakcell abonenti Almaz Quliyeva da deyir ki, ““WhatsAppcall”ın elə quru adı var: “Bakcell-də 10 dəfədən birində zəng ya alina, ya yox”.

Nazirlik yaranmış problemin səbəbini “WhatsApp”ın özündə axtarır

Azərbaycanda mobil telefon istifadəçilərinin “Whatsapp call”dan istifadə edə bilməməsinin müzakirə olunan səbəbləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də bu məsələlərə münasibət bildirməyə vadar edib.

Nazirlik yaydığı açıqlamada deyir ki, Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur:

“Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir.

Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ Nazirliyin prioriteti ola bilməz".

"Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər.

Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər.

Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz", - nazirliyin açıqlamasında deyilir.

Araşdırma nəticəsində hazırda “WhatsApp” messencerin Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işlədiyi və ya ümumiyyətlə işləmədiyi məlum olub.

Nazirlik qeyd edir ki, araşdırma nəticəsində hazırda “WhatsApp” messencerin Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işlədiyi və ya ümumiyyətlə işləmədiyi məlum olub.

"Bununla yanaşı www.kazhdysboy.ru saytında dərc olunan xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.

Xəritədə sarı rənglə nasazlıqlar müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkədəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.

Problemlər digər ölkələrdə artıq iyunun 18-dən etibarən müşahidə olunur".

Nazirliyin sözçüsü Müşfiq Əmirov AzadlıqRadiosuna müsahibəsində verilən açıqlamaya onu da əlavə edib ki, əgər mobil operatorların belə bir məhdudiyyət qoyması halı aşkar edilərsə, bu zaman nazirlik araşdırma aparıb məsələyə müdaxilə edə bilər.

“Texniki cəhətdən sosial şəbəkələrə məhdudiyyətlər qoyula bilər”

Osman Gündüz
Osman Gündüz

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, texniki cəhətdən həm mobil operatorlar, həm də internet provayderləri sosial şəbəkələrə məhdudiyyətlər qoya bilərlər:

“Ancaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar açıqlama veriblər ki, bu problemlər “WhatsApp”-ın özü ilə bağlıdır.

Bilirsiz, bu “WhatsApp call” yeni funksiyadır, işə düşənə qədər problemləri olacaq.

Xatırlayıram, internet üzərindən səs ötürən başqa bir proqram da vardı, onda da problemlər yaşanırdı səs ötürməylə bağlı. Sonra bu problem aradan qalxdı. Yəqin ki, “WhatsApp”la da bağlı yaranan problemlər öz həllini tapacaq”.

Osman Gündüz onu da əlavə edir ki, əgər mobil operator və ya internet provayderi belə məhdudiyyətlərə əl atarsa, qanun pozuntusu baş verə bilər:

“Çünki beynəlxalq və yerli qanunvericiliyə görə, vətəndaş qanunla qadağa olunmayan vasitələrlə informasiya ala və ötürə bilər. “WhatsApp” da qadağan olunmayan kommunikasiya vasitəsidir”.

XS
SM
MD
LG