Keçid linkləri

Təcili xəbərlər

Facebook-da görmək istədiklərin daha əvvəl gələcək


Facebook xəbər qaynağı (news feed - captures)
Facebook xəbər qaynağı (news feed - captures)

-
Facebook xəbər qaynağını (news feed) yeniləyib.

Bu barədə «facebok newsroom»da məlumat verilir.

Facebook bildirir ki, həmişə istifadəçilərin «news feed»də nəyi görmək istədiklərini nəzərə alır. Ancaq istifadəçi ona lazım olanı, maraqlandığı «post»ları özü daha yaxşı bilir. Buna görə də, Facebook artıq xəbər qaynağının idarəçiliyini istifadəçinin özünə verir.

İstifadəçi «news feed preferences» bölməsindən hansı profillərin, səhifələrin yeniliklərini öndə görmək istədiyini özü seçə bilər. Bu halda onun xəbər qaynağının əvvəlində həmin səhifələrin, profillərin yenilikləri çıxacaq.

İstifadəçiyə təklif edilən yeni səhifələr də artıq onun maraqlarına uyğun olacaq. Təkliflər onun əvvəl bəyəndiyi səhifələri, məzmunları, yazdığı şərhlər nəzərə alınmaqla göndəriləcək. Beləliklə, istifadəçi ona faydalı ola biləcək yeni səhifələr kəşf edəcək.

«İzləməyi dayandır», «yenidən bağlan» bölmələri ilə görmək istəmədiyiniz səhifələri, profilləri izləməyi dayandıra və istənilən vaxt yenidən bağlana bilərsiniz.

Facebook xəbər qaynağı (news feed captures)
Facebook xəbər qaynağı (news feed captures)

Səhifə idarəçiləri bu yeniliyin həm də onların işinə yaxşı təsir edəcəyini bildirirlər. Onlar deyirlər ki, artıq «post»lar itib batmayacaq, konkret öz auditoriyasına çatacaq.

Yeniliklər hələlik iOS platformasında əl çatandır. Facebook bildirir ki, gələn həftələrdə Androidweb-də də aktivləşəcək.

XS
SM
MD
LG