Keçid linkləri

Təcili xəbərlər

Neft ucuzlaşmaqda davam etsə...


Bakıda neft buruğu - 2015
Bakıda neft buruğu - 2015

-

YAY DA ÜMİDLƏRİ DOĞRULTMADI...

Hələ bir neçə ay əvvəl yayda neftin qiymətinin sabitləşəcəyi ehtimal edilsə də, indi bu gümanlara bir az şübhə ilə yanaşmaq lazım gəlir. Səbəb də odur ki, son bir neçə gündə neftin ucuzlaşması haqqında dünya birjalarından ard-arda xəbərlər gəlir.

Düzdür, yayın ilk aylarında nisbi sabitlik vardı. Amma indi bunu demək olmaz, çünki neftin qiymətinin hətta böhran həddindən - 50 dollardan da aşağı düşməsi diqqət çəkir...

UCUZLAŞMANIN ÜÇ MƏNBƏYİ...

Səbəb kimi bir neçə amil göstərilir. Bunlardan biri odur ki, son vaxtlar istehlak həcmi bir qədər azalıb. Təklif tələbi üstələdiyindən bu fakt, istər- istəməz, bazara öz təsirini göstərir.

Təxminən bir ay, ay yarım öncə ABŞ-ın öz neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq istəyi başqa mümkün səbəb sayıla bilər. Bu istək gerçəkləşməsə də, bənzər məlumatlar qiymət konyunkturuna dərhal təsir göstərir. Söhbət qiymətlərin kövrək tarazlığından gedən vaxtlar adi şayiə də bu tarazlığı pozmaq iqtidarındadır.

Və nəhayət, İranla razılaşmanın da təsiri var, çünki bazara hər an neft və qaz nəhənginin sıçrayışı gözlənir...

YOLUNU TEHRANDAN SALANLAR ÇOXALIR...

İndi Avropa ölkələri İranla münasibətləri yoluna qoymaq üçün, az qala, yarışa giriblər. Tehrandünyanın nüfuzlu diplomatlarını maqnit kimi özünə çəkir.

Avropa ölkələri İranla münasibətləri yoluna qoymaq üçün, az qala, yarışa giriblər. Tehrandünyanın nüfuzlu diplomatlarını maqnit kimi özünə çəkir.

İransa sanksiyaların tam ləğvini gözləyir və yasaqların götürüləcəyi halda özünün neft hasilatını bir neçə dəfə artıracağını heç gizlətmir...

Qərb heç də İranın qara gözlərinə aşiq deyil, sadəcə, Avropa enerji bazarında Rusiyanın ağalığına yalnız İranın son qoya biləcəyi öncədən məlum idi. Amma hələlik sanksiyaların, tam da olmasa, hiss olunacaq dərəcədə götürülməsini gözləmək lazım gəlir. İran onların tam ləğvində israr edir və özünəxas cürbəcür variasiyalara əl atır. Məsələn, bir də görürsən rəsmi Tehran hədə-qorxu gələrək, özünün nüvə obyektlərinə amerikalı müfəttişləri buraxmayacağını bildirir. Belə detalları nəzərə almasaq, proses hələ ki rəvan gedir və hamı dünya enerji bazarına İranın yeni həcmlərlə daxil olacağı günü gözləyir...

İKİ QONŞU, İKİ RƏQİB

Əvvəllər də yazmışam ki, İranla Qərb arasındakı razılaşma Azərbaycan diplomatiyasının canını artıq yükdən qurtarsa da, neft və qaz məsələsində bu iki ölkə əməkdaşdan çox rəqibdir...

Neftin qiymətinin ilkin dalğaları Azərbaycan iqtisadiyyatında «xırda təkanlar» kimi hiss olunub. Amma «bu dalğalar şahə qalxsa, neft kəskin ucuzlaşsa, necə olacaq» sualını cavablamaq elə də asan deyil. Yerli iqtisadçılar bu variantın nəzəri təhlilindən də çəkinirlər. Niyəsi» də budur ki, ölkədə bir neçə il ərzində bərqərar olan sabitlik bir anın içində əldən verilə bilər...

Neftin qiymətinin ilkin dalğaları Azərbaycan iqtisadiyyatında «xırda təkanlar» kimi hiss olunub. Amma «bu dalğalar şahə qalxsa, neft kəskin ucuzlaşsa, necə olacaq» sualını cavablamaq elə də asan deyil.

Məsələn, böhranın ilk dalğası zamanı baş verən hadisələri yada salaq: saytların birində bahalaşma haqqında adi bir yazıya cəmi bircə saatın içində 15 mindən çox «giriş» vardı...

İnsanlar – adiistehlakçılar-tükədicilər böhranın onlara yalnız problemgətirəcəyinə və nəticədə yoxsullaşacaqlarına şübhə etmirlər. Amma iş adamları, işgüzar təbəqə yanılır və böhrandan qazanacaqlarını düşünürlər...

İNDİ 1994-CÜ İL DEYİL...

Neftin ucuzlaşması təkcə manatı dəyərsizləşdirmir, ölkədəki iri layihələrin icrasını dayandırmağa vadar edir. Onlar iki aspektdən bir daha bərpa olunmaya bilər. Bu layihələr arasında eləsi var ki, icrasına, sadəcə, vəsait çatmır. Eləsi də var, rentabellik, səmərəlilik dərəcəsi mübahisə doğurur...

Azərbaycanın böyük qaz layihəsini reallaşdırmaqla durumu öz xeyrinə dəyişməsi də az mümkün görünür. Təbii ki, İran qaz bazarına yeni güclərlə daxil olarsa, bu layihənin səmərəsi çox da üz güldürməyəcək. Düzdür, bəzi iqtisadçılar diqqəti böyük neft layihələrinin imzalanması ərəfəsindəki vəziyyətə yönəldir və deyirlər ki, o vaxt neft indikindən də qat-qat ucuz idi. Amma o dövrdə Azərbaycanın başqa seçimi də yox idi, ölkə minimum gəlirə də kəskin ehtiyac duyurdu. O vaxt hələ heç kim proqnozlaşdırılandan artıq gəlir haqqında düşünmürdü...

İndi 2015-ci ildir və sonuncu enerji ehtiyatlarını bazara çıxarmaq o qədər qaçılmaz deyil. İndi başqa sual aktualdır: Azərbaycan qazını nə vaxt bazara çıxarmaq lazımdır ki, ölkə ondan maksimum fayda götürə bilsin?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG