Keçid linkləri

Təcili xəbərlər

Müxalifətin susmaq taktikası...


Foto illüstrasiya
Foto illüstrasiya

-

ATILIB-DÜŞDÜK... İNDİ DƏ...

İndi Azərbaycanda bir çoxları, xüsusən hakimiyyətdə olanlar özlərini elə aparırlar ki, sanki bütün böyük zirvələr artıq fəth olunub və indən belə, sadəcə, yaşamaq qalır. Bəzi telekanallar o «böyük zirvələri», məsələn, Avropa Oyunlarından görüntüləri təkrar-təkrar göstərməklə məşğuldur və... Və heç kim bir məsələnin fərqinə varmır ki, Avropa Oyunlarında möhtəşəm qələbə qazanmış idmançılarımız bu yaxınlarda Gürcüstanda - gənc idmançılar arasında keçirilən oxşar oyunlarda çox da fərqlənə bilmədilər...

Düzdür, idmanda hər şey mümkündür - qələbə də, məğlubiyyət də. Hər ikisini gözə alıb barışmaq lazımdır. Bir də ölkənin həyatı təkcə idmandan ibarət deyil...

...Bu yaxınlarda avtobusda yaşlı bir qadının deyinmə və gileyinin şahidi oldum. Qadın deyirdi ki, oynadıq, atılıb-düşdük, bəsdir. İndi də ölkənin problemləri ilə məşğul olmağın vaxtıdır...

PROBLEMLƏR İCLASLARDA SƏSLƏNİR, AMMA...

Ölkənin problemləri isə hər dəfə hökumətin iclaslarında təzahür edir. Demirəm ki, hakimiyyət bu problemlərə tamam biganədir, amma bu problemlərin nədən qaynaqlandığını araşdırmır, heç buna cəhd də etmir.

Avtoritar siyasi sistemin imkanları həmişə məhdud olur. Baxıb görürsən ki, elə Azərbaycanda da avtoritar siyasi sistemi nə qədər effektivləşdirmək mümkünsə, buna nail olublar. Bundan artığına isə siyasi sistemi dəyişmədən və onu tam demokratik sistemlə əvəz etmədən nail olmaq və effektiv idarəçilik məsələsində ciddi sıçrayış əldə etmək mümkün deyil.

Elə Azərbaycanda da avtoritar siyasi sistemi nə qədər effektivləşdirmək mümkünsə, buna nail olublar. Bundan artığına isə siyasi sistemi dəyişmədən və onu tam demokratik sistemlə əvəz etmədən nail olmaq və effektiv idarəçilik məsələsində ciddi sıçrayış əldə etmək mümkün deyil.

Məsələn, Binəqədidə yaşayış binası yanarkən, hakimiyyət birdən-birə ictimai nəzarətin vacibliyindən danışmağa başladı. Amma əfsus ki, bu problem də digərləri kimi, bir az keçəndən sonra unuduldu. Niyəsi birbaşa sistemlər bağlıdır və bir az Marx-dan təsirlənib, «effektli ictimai nəzarət bu sistemin qəbirqazanıdır» deyə bilərik...

Məsələ bundadır ki, ictimai rəyə ehtiyac duyan hakimiyyət qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara və mediaya tam başqa münasibət göstərər, onları «budamaq»la məşğul olmaz, bu qurumlarla əməkdaşlıq edərdi...

Amma hakimiyyət bunu istəmir. Ona elə gəlir ki, həmin strukturlara ehtiyac duymadan da öz səhvlərini görə bilir...

SEÇKİLƏRƏ MARAĞI KİM AZALDIR?

Budur, ölkə növbəti parlament seçkisi ərəfəsindədir. Bu seçkilərə marağın azlığını yayın bürkü və qızmarına bağlamaq olar. Üstəlik seçkiyə hələ vaxt var. Amma qızmar günlər sovuşacaq və vədə yetişəcək və... Və yenə görəcəyik ki, seçkilərə elə də maraq yoxdur.

«Elə də maraq yoxdur» deyərkən, məsələyə bir az aydınlıq gətirmək və reallığı olduğu kimi çatdırmaq lazımdır – bu marağı hakimiyyət heçə endirir və bəlkə onun belə səyləri olmasaydı, ölkədə əməlli-başlı seçki ovqatı yaşanardı...

SUSMAĞI NİYYƏT EDƏNLƏR...

Amma nə etmək olar? Siyasi partiyalar artıq bununla barışmış kimi görünür. Onlar ictimai məsələləri gündəmə gətirmək və sualları cavablamaq bir yana qalsın, suallamaq vərdişlərini də itiriblər...

Olsun, bunu da sınasınlar. Üstəlik, bunu çox gözləmək lazım gəlməyəcək və payızın sonlarında artıq hər şey bəlli olacaq. Amma ən gülünc vəziyyət onda olacaq ki, hətta susmaq da xilas etməyəcək və hakimiyyət hədiyyə kisəsinin ağzını açmayacaq...

...Xristianlarda əvvəllər belə bir ayin olub və rahiblər danışmamağı niyyət ediblər. Bu ayini A.Tarkovsky-nin «Andrey Rublyov» filmində görmək mümkündür. İndi Azərbaycanın da bir vaxt dil-dil ötən müxalifətçiləri artıq danışmır və susurlar. Sanki onlar da «susqu ayini»ni icra edirlər və niyyət ediblər ki, hələ sussunlar və susmağın müqabilində hökumətin onlara nə verib-verməyəcəyini görsünlər...

Olsun, bunu da sınasınlar. Üstəlik, bunu çox gözləmək lazım gəlməyəcək və payızın sonlarında artıq hər şey bəlli olacaq. Amma ən gülünc vəziyyət onda olacaq ki, hətta susmaq da xilas etməyəcək və hakimiyyət hədiyyə kisəsinin ağzını açmayacaq...

Sual doğur: O «hədiyyə»yə - hakimiyyətin təsəvvüründəki və dəfələrlə sınaqdan keçirilən parlamentə can atmağa dəyər? Axı belə parlamentdə müxalifətçiliyin mənası yoxdur - mikrofonu söndürürlər və sən də Avropa Oyunlarında deyil, parlament salonunda atılıb-düşürsən... Sonra da səndən yararlanıb deyirlər ki, bizim ictimai nəzarətimiz var, ağlabatan qınaq və təkliflərini gözləyirik...

SEÇKİSİZ ÜÇ İL...

Ən ağrılısı odur ki, bundan sonra düz üç il heç bir seçki olmayacaq və seçki dönəmindəki o balaca qımıldanmalara da həsrət qalacağıq... İndilik bilinən budur ki, müxalifətin builki taktikası susmaq, «nümunəvi» davranış nümayiş etdirmək olacaq. Görək, nə alınır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG