Keçid linkləri

Təcili xəbərlər

Məhkəmə iPhone-un qıfılını qıra bilmir


iPhone 6s təqdim edilir, 9 sentyabr, 2015
iPhone 6s təqdim edilir, 9 sentyabr, 2015

►Telefonu istehsal etmiş "Apple" şirkətinin özü də daxil olmaqla heç kəs giriş kodu olmadan onun içindəki məlumatları əldə edə bilməz

Bazar ertəsi ABŞ-da Bruklin federal məhkəməsinin bir hakimi "Apple" şirkətindən kömək istəyib. (Reuters)

İstintaq zamanı müsadirə edilmiş telefondakı məlumatı əldə etmək ehtiyacı yarandığı üçün.

Ancaq şirkət bildirib ki, bu iPhone ən son əməliyyat sistemini işlədir, qıfıllıdı və içərisindəki məlumatı əldə etmək mümkün deyil.

Şirkət deyib ki, yalnız daha köhnə telefon modellərinin qıfılını açmaqda hüquq-mühafizə orqanlarına kömək etmək üçün “texniki imkanlara” malikdir.

Buna da bax: Gömrük qaydaları sadələşdirilir

TƏHLÜKƏSİZLİK ELƏ GÜCLƏNDİRİLİB Kİ...

Məhkəmə sənədlərindəki məlumata görə, "Apple" bildirib ki, iOS 8 və daha yeni əməliyyat sistemlərini işlədən qurğuların 90 faizində şifrələmə metodları gücləndirilib.

Bu səbəbdən Ədliyyə Departamentinin bu kimi müraciətlərini “yerinə yetirmək mümkün deyil”.

Bu qurğular elə bir xüsusiyyətə malikdir ki, telefonu istehsal etmiş "Apple" şirkətinin özü də daxil olmaqla, heç kəs qurğunun giriş kodu olmadan onun içindəki məlumatları əldə edə bilməz.

Bu xüsusiyyət 2014-cü ildə işlənib hazırlanıb. Həmin dövrdə Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden-in bu qurumun rabitə vasitələrini izləmə proqramları barədə məlumat sızdırması əməlli narahatlıq yaratmışdı.

Buna da bax: İlham Əliyevin dövründə "vurulanlar" [İnfoqrafika]

TELEFONA DAXİL OLA BİLƏR, AMMA..

"Apple" hakim James Orenstein-ə bildirib ki, köhnə əməliyyat sistemlərini işlədən qurğuların yalnız 10 faizinə daxil ola bilər. Barəsində müraciət olunan telefon da bu sıradadır. Ancaq şirkət hakimi Ədliyyə Departamentinin müraciətinin təmin olunması üçün bunu tələb etməməyə çağırıb.

"Bu işdə "Apple" şirkətini məlumatı çıxarmağa məcbur etmək "Apple" və onun müştəriləri arasında etimadı təhlükə altına alar və "Apple" markasını əsaslı şəkildə ləkələyə bilər," - deyə Apple-ın hüquqşünasları yazıb.

Bu ayın əvvəlində hakim Orenstein iPhone-da təhlükəsizlik xüsusiyyətinin sıradan çıxarılmasını "Apple" şirkətindən tələb edə biləcəyinə şübhəsini bildirmişdi.

Çünki Konqresin hələ də şifrələmə məsələsi ilə bağlı bir qərarı yoxdur.

Baxmayaraq ki, Ədliyyə Departamenti və Federal Təhqiqatlar Bürosu bu barədə dəfələrlə çağırışlar edib.

TEXNİKİ BAXIMDAN MÜMKÜNDÜ, YA YOX

Orenstein prosesi hələlik təxirə salıb. O vaxta qədər ki, "Apple" şirkəti bu işin “texniki baxımdan mümkünlüyü və əgər mümkündürsə, verilmiş orderi yerinə yetirməyin aşırı problemli olub-olması” barədə sorğunu cavablandırsın.

"Apple" isə açıqlamasında bildirib ki, diqqətini daha geniş miqyaslı “mühüm” hüquqi məsələlərə deyil, verilmiş konkret suallara yönəldib.

Hakim Orenstein çərşənbə axşamı verdiyi orderdə "Apple" şirkətini məsələyə aydınlıq gətirməyə dəvət edib. Məsələ ilə bağlı dinləmə yaxın vaxtlarda keçiriləcək.

Ən son yazılan

XS
SM
MD
LG