Keçid linkləri

-

ABŞ-da yollarda ölüm halları kəskin artıb

2015-ci ilin birinci yarısında ABŞ-da yol qəzaları 8 faiz artıb. Rəsmilər hesab edirlər ki, Amerika yollarını təhlükəli olmasında smatfon və digər idarətetməni yayındıran vasitələr rol oynaya bilər

Şükranlıq bayramı həftəsində açıqlanan rəsmi məlumata görə, qazın qiymətinin düşdüyü və iqtisadiyyatın inkişaf etdiyi yanvar-iyun aylarında yollarda ölüm halları iki dəfə artaraq 16 mini ötüb.

“Smartfonlar artıb və onların müəyyən təsiri var. Amma hələ kifayət qədər məlumatımız yoxdur ki, nə qədər böyük rol oynayır”. Bunu Milli Magistral Yolların Təhlükəsizliyi Adminstrasiyasının rəhbəri Mark Rosekind deyib.

REKORD HƏDDƏ AZ ÖLÜM

Adminstrasiyanın statistikasına görə, ötən il yollarda 33 minə yaxın ölüm halı olub, hər 100 milyon mildə səyahət edilmiş nəqliyyat vasitəsinə rekord həddə az - 1 və ya 2 ölüm qeydə alınıb. 2014-cü ildə yol qəzalarında həlak olan sərnişinlərin sayı 21 min olub ki, bu da 1975-ci ildən bəri ən aşağı göstəricidir.

Bu ilin 6 ayında isə yollarda ölüm hallarının yüksək artımı qeydə alınıb. Bu, 1977-ci ildən sonra ilkdir.

UCUZ YANACAQ, YENİYETMƏ SÜRÜCÜ, SMARTFON

Rəsmilər deyirlər ki, yol qəzalarını yaradan faktorlarla bağlı bu gün açıqlama vermək hələ tezdir. Ancaq Mark Rosekind jurnalistlərlə söhbətində deyib ki, onlar yoldakı qəza səbəbləri kimi ucuz yanacaq qiymətinin “riskli sürücülər” olan yeniyetmələri daha çox maşın sürməyə sövq edib-etmədiyini, o cümlədən, idarəetməni yayındıran faktorları da araşdırırlar.

Rosekind həmçinin sürücülərin sükan arxasında smartfonlardan istifadə etməsi, kəmər bağlamaqla və ya motosklet sürən zaman kaskadan istifadə etməklə bağlı bəzi ştatların qanunvericiliyində effektivliyinin zəif olmasından danışıb.

Avtomobil təhlükəsizliyi agentliyi gələn il ştatlarda 90 faizinin yol qəzalarının səbəb olduğu ölüm hallarının azaldılmasını hədəfləyən 500 milyon dollarlıq proqramın açıqlanmasını gözləyirlər.

XS
SM
MD
LG