Keçid linkləri

Təcili xəbərlər

Hakerlər bu dəfə Nigeriyanı hədəf seçib


-

Son vaxtlar adı Türkiyəyə kiberhücumlarda hallanan “Anonymous” haker qrupu bu dəfə də Nigeriya hökümətini hədəf götürüb.

Nigeriya saytlarına hücum da daha çox siyasi xarakter daşıyır.

CNN-in xəbərinə görə, haker qrupu Nigeriya hökümətini rüşvətxorluq, oğurluq və acgözlükdə təqsirləndirir. “Anonymous” bu Afrika ölkəsinin müxtəlif dövlət saytlarına hücum edir. Qrupun iddiasına görə, Nigeriya höküməti xalqın problemlərini çözməkdənsə, öz cibini düşünür və artıq milyonlarla dollar oğurlayıb.

Hücumlar bu dəfə də DDOS (çox sayda qaynaqdan bir hədəfə) tiplidir. Kiberhücumlar qısa vaxtda Nigeriyanın ədliyyə, iqtisadiyyat, xarici işlər nazirliklərinin və gömrük idarəsinin saytlarını çökdürüb.

Ən son yazılan

XS
SM
MD
LG