Keçid linkləri

Əliyevin konqresmenlərin sanksiya tələbi fonunda ABŞ səfəri


Barack Obamanın İlham Əliyevlə görüşü, New York, 24Sep2010

Barack Obamanın İlham Əliyevlə görüşü, New York, 24Sep2010

KİM KİMİ HESABLAŞMAĞA VADAR ETDİ?

Həftənin ən maraqlı siyasi hadisələrindən biri, heç şübhəsiz ki, prezidentin ABŞ-a səfəri olacaq.

Reallaşacağı təqdirdə (buna isə şübhə yoxdur...) səfər martın son günlərinə və ya aprelin ilk gününə təsadüf edəcək.

Artıq indidən müxtəlif mülahizələr səslənir. Hətta bu səfəri şərh edən dövlət rəsmiləri onu Azərbaycan diplomatiyasının böyük uğuru sayır və belə deyirlər ki, guya ölkə Qərbi özü ilə hesablaşmağa vadar etdi...

Bəri başdan deyək ki, nüvə sammitinə çox ölkə, o cümlədən Qafqazın digər ölkə başçıları da dəvət alıblar. İndi belə çıxır ki, bu ölkələr də ABŞ-ı özləri ilə hesablaşmağa vadar etdilər?

Belə mülahizələr bəldə də ondan qaynaqlanır ki, ilin əvvəlinin Azərbaycan üçün çox mürəkkəb və ya gərgin keçəcəyi güman edilirdi. Axı ABŞ Konqresinin bir neçə konqresmeni Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan xüsusi demokratiya aktının qəbul edilməsinə təşəbbüs göstərmişdi. İndi o məsələ geridə qalıb və düşünmək olar ki, Azərbaycan məsələni çözə bildi.

Bayram günlərində valyuta dəyişmə məntəqələri, demək olar, işləmədi...

Digər hazırlıqlar da yaddan çıxmadı. Səfər ərəfəsində Milli Məclisdə nüvə sahəsində fəaliyyətlə bağlı xüsusi konvensiya ratifikasiya edildi, bayramın ilk günlərində isə böyük əfv tədbiri gerçəkləşdi.

Əfv edilənlər arasında bir neçə siyasi məhbus da vardı ki, onların azad olunması ABŞ - da baş tutacaq nüvə sammitinə bir növ hazırlıq kimi yozuldu. Düzdür, rəsmilər belə yozumları rədd edir və diqqəti ona yönəldirlər ki, vaxtaşırı əfv fərmanlarının imzalanması ölkədə ənənə halını alıb.

Nə demək olar? Görünür, ölkədə siyasi və ictimai fəalların qeyri-siyasi maddələrlə həbsi və uzun sürən tələblərdən sonra onların “bağışlanması”, doörudan da, ənənəyə çevrilib...

Təəssüf ki, əfv heç də bütün siyasi məhbuslara şamil edilmədi. Bu isə o deməkdir ki, onlar əfv edilməzdən öncə hələ bir müddət məhbus həyatının «şirinliy»ini dadmalıdırlar...

İSTƏYİRLƏR, AMMA AÇIQ DEYƏ BİLMİRLƏR...

Mən də düşünürəm ki, əfv yalnız ABŞ-dakı nüvə tədbiri ilə bağlı deyildi. Ölkə dünyanın maliyyə institutları ilə münasibətlərini yenilməyə cəhd edir. Bir yandan həmin maliyyə institutlarından Azərbaycanın asılı olmadığı deyilir, o biri yandan da hiss olunur ki, hökumət onların yardımına heç də biganə deyil.

Burası da var ki, böyük maliyyə yardımları həmişə müəyyən şərtlərlə verilir və həmin şərtlərin içində siyasi islahatlar və ya ölkənin siyasi imici heç də sonuncu yerdə olmur...

Elə bu günlərdə maraqlı bir hadisə baş verdi. “Cənub qaz dəhlizi”nin istiqrazlarının buraxılması nəticəsində ölkə potensial olaraq bir milyard dollar borclandı. Dərhal sual doğdu: Təxminən 40 milyard dollar valyuta ehtiyatı olan ölkənin buna nə ehtiyacı vardı?

Hökumətin hansısa arqumentləri ola bilər, təbii. Etiraf edirəm ki, ölkədəki siyasi monoloq bəzən bəzən bizi hökumətin hətta yanlış adımlarında da məntiq axtarmağa sövq edir. Ancaq məntiq varmı? Yalnız onu demək olar ki, həm öz layihələrinə maraq oyatmaq, həm də investisiya cəlbi üçün belə addımlar da atmaq lazım gəlir.

Təəssüf ki, əfv heç də bütün siyasi məhbuslara şamil edilmədi. Bu isə o deməkdir ki, onlar əfv edilməzdən öncə hələ bir müddət məhbus həyatının «şirinliy»ini dadmalıdırlar...

Bütövlükdə isə, hökumətin qərarlarında sistemsizlik, pərakəndəlik və hətta bir məntiqsizlik hökm sürür. Adi bir detalı götürün. Bayram günlərində valyuta dəyişmə məntəqələri, demək olar, işləmədi. Yalnız bir neçə gündən sonra işləyən bank filiallarının adı açıqlandı. Onlarsa elə çox deyildi – 5 və ya 6 filial. Amma nəzərə alın ki, məhz bayram günləri turistlərin ölkəyə axını artır. Görən, maliyyə institutları bunu bilmirdi?

Təbii ki, bilirdi. Ona görə də hökumətin heç də hər addımında böyük bir məntiq axtarmaq lazım deyil, çünki ictimai nəzarət olmayan və ya alternativ yanaşmaya məruz qalmayan hökumətin kobud səhvlər etməsi adi haldır.

Elə bu səbəbdən düşünməyək ki, hökumət hansısa ciddi bir iqtisadi strategiya yapır. Sadəcə, bir daha deyirik ki, ictmai qınaq olmadığından kobud səhvlərə yol verir, ictimai müzakirə süzgəcindən keçməyən qərarlar qəbul edir.

PREZİDENTLƏR GÖRÜŞƏCƏKMİ?

İlham Əliyev, Nursultan Nazarbaev, Barack Obama və Lee Myung-Bak, Seoul, 27Mar2012

İlham Əliyev, Nursultan Nazarbaev, Barack Obama və Lee Myung-Bak, Seoul, 27Mar2012

Nüvə tədbiri çərçivəsində Azərbaycan və Ermənisatn prezidentlərinin görüşəcəyi də deyilir. Amma təəssüf ki, bununla bağlı dəqiq məlumat yoxdur. Görüş ola da bilər, olmaya da...

Maraqlıdır ki, İ.Əliyev elə bu günlərdə Minsk Qrupunu kəskin tənqid etdi, hətta həmsədrlərin təxribatla məşğul olduğunu dedi. Həmsədrlərin bundan hansısa nəticə çıxaracağını düşünmək sadəlövhlük olardı – Minsk Qrupunun həmsədrləri bundan da kəskin ittihamlar eşidiblər.

Nüvə sammiti böyük tədbir olacaq. B.Obama-nın qrafiki də sıx olacaq. Bu qrafikdə Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə vaxt tapılacaqmı? Hər halda, bu yaxınlarda həmin sualın da cavabını biləcəyik. Hər həftə baş verməsə də, ikitərəfli görüşlər çox olub və onlar elə bir nəticə

verməyib. Daha bir görüş nəyi dəyişəcək? Təəssüf ki, elə də optimist deyiləm...

BİZ DOSTUQMU?

Ayyarım və ya bir ay əvvəl ABŞ səfirinin Azərbaycandakı fəaliyyətinin bir dönəminə həsr olunmuş yazısı yayılmışdı. Həmin yazıdan bir detal qalıb yaddaşımda. Səfir yazırdı ki, Azərbaycanda olduğu ilk günlərdə məmurlar ona bir sual verirdilər: «Biz dostuqmu?».

O, yazdığına görə, bu suala «hə» deyə cavabı verirmiş. Məncə, istər Amerikada, istərsə Azərbaycanda siyasi dostluğu bir qədər fərqli yozur və bir az başqa cür anlayırlar.

Ümid edək ki, zaman özü nə vaxtsa “dostluq” sözünün hər iki anlamını yaxınlaşdıracaq. Bəli, yalnız o vaxt demək mümkün olacaq ki, rəsmi Bakı və Vaşinqton özlərini gerçəkdən dost sayır, ya yox?..

XS
SM
MD
LG