Keçid linkləri

►“Poçt ünvanları” proqramı məhz buna xidmət edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi poçt ünvanlarının axtarışını asanlaşdıran mobil proqram istifadəyə verib.

Nazirliyin Məlumat Hesablama Mərkəzinin hazırladığı və "Poçt ünvanları" adlanan proqram artıq "iOS" və "Android" əməliyyat sistemli cihazlara əlçatandır.

Mobil proqram "Azərpoçt" MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanını xəritədə bir neçə saniyədə tapmağa imkan verir.

HANSI FUNKSİYALARI VAR?

"Poçt ünvanları" mobil proqramında bir neçə funksiya var.

"Mətni kopyala" seçimi əldə olunan məlumatların saxlanılmasını hədəfləyir. "Zəng et" bölməsindən seçilmiş poçt məntəqəsinə telefon açmaq olar. Gərəkli poçt məntəqəsinə necə getməyi öyrənmək üçün “Marşrutu göstər"i seçmək yetər.

"Google Maps"də göstər funksiyasını seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan məsafə, həmin məsafəni qət etmək üçün vasitələr (şəxsi və ictimai nəqliyyat, eləcə də piyada marşrutu) və uyğun vaxt sərfi göstərilir.

Proqramda istifadə olunan xəritə "Google Maps" üzərindən çalışır. Bu üzdən, cihazın GPS naviqasiya sistemi açıq olmalıdır.

PROQRAMI NECƏ ƏLDƏ ETMƏLİ?

Mobil proqramı "App Store" və "Play Store"da "Poçt ünvanları" yazıb axtarış etməklə tapıb yükləmək olar.

"Poçt ünvanları"ndan istifadə ödənişsizdir.

XS
SM
MD
LG