Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq.
RİA Novosti agentliyinin məlumatına görə, bunu barədə Rusiya baş nazirinin müavini Dmitry Rogozin bildirib. O bildirib ki, “Azərbaycanda Rusiya istehsalı olan avadanlıqlara böyük maraq var. Burada Rusiyada istehsal olunan təyyarə və helikopterlırin sayı az deyil.
Azərbaycan tərəfi həmçinin MS-21 təyyarəsi ilə maraqlanır. Gələn ilin fevralında azı 10 MS-21 təyyarəsinin alınmasına dair müqavilənin imzalanmasını gözləyirik.
Bundan əlavə, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq”