Keçid linkləri

Təcili xəbərlər

'Google Allo' söhbət proqramı çıxdı


Google Allo
Google Allo

«Google» şirkəti yeni mesajlaşma proqramını istifadəyə verib.

«Google Allo» adlanan proqram ilk dəfə «Google I/O 2016» tədbirində tanıdılıb.

Mobil proqram istifadəçilərə mesajlaşmaqla yanaşı, istədikləri mövzularda bilgi əldə etməyə imkan verir. Axtarış sistemində olduğu kimi, burada da axtardığınız mövzularda məlumatlar ekrana gəlir.

Proqramın özəlliklərindən biri də «ağıllı cavablama» funksiyasıdır. Göndərilən mesajlarla bağlı hazır cavablar təklif olunur, bu ismarışlardan birini seçib birbaşa cavab vermək olar.

Digər söhbət proqramları kimi, «Google Allo»da da emosiyalar, stikerlər, foto dəstəyi var.

Proqram həm Android, həm də iOS platformalı cihazlar üçün hazırlanıb.

«Google Allo» bir neçə günə bütün dünyada aktivləşəcək.

XS
SM
MD
LG