Keçid linkləri

Təcili xəbərlər

Britaniya alimləri: böyük başlı uşaqlar adətən daha ağıllı olur


Britaniya alimləri inkişaf prosesi boyu insanın fizioloji xüsusiyyətlərini öyrənmək üçün fundamental tədqiqat aparıblar. Məlum olub ki, yaxşı inkişaf etmiş kəllə sümüyü olan uşaqlar daha yüksək intellekt səviyyəsinə malikdirlər.

Həmçinin, tədqiqat nəticəsində məlum olub ki, insanın yüksək əqli bacarıqları və möhkəm fiziki sağlamlığı ortaq genlərin təsiri ilə formalaşır. Yəni sağlam bədənə malik uşaqlar böyük ehtimalla təhsildə də uğurlu olur. Ümumilikdə fiziki və əqli inkişafa təsir edən 17 müxtəlif gen aşkar edilib.

Araşdırma 37-73 yaş arasında, ən azı 100 min Britaniya vətəndaşının ölkənin Biobankında saxlanılan məlumatları əsasında aparılıb. Tədqiqatın nəticələri "Neuroscience News" jurnalında dərc edilib.

XS
SM
MD
LG