Keçid linkləri

Təcili xəbərlər

NASA bürcləri dəyişməyib


“NASA astrologiya ilə yox, astronomiya ilə məşğul olur”

Astronomiya ilə astrologiyanın fərqindən az da olsa xəbərdar olan hər kəs NASA-nın Zodiak təqvimini dəyişməsi barədə xəbəri eşidəndə təəccübləndi. Doğrudan da, NASA belə məsələlərlə məşğul olmur. Alimlər bu xəbəri gülüşlə qarşıladılar. Axı astroloji bürclər anlayışının heç bir elmi asası yoxdur.

NASA sözçüsü Dwayne Brown bildirib ki, “NASA astrologiyanı yox, astronomiyanı öyrənir".

...bütün bu anlaşılmazlıq da elə uşaqlar üçün nəzərdə tutulmuş həmin məqalədən qaynaqlanıb.

NASA bu sözləri özünün uşaqlar üçün olan səhifəsində də yazıb.

Görünür bütün bu anlaşılmazlıq da elə uşaqlar üçün nəzərdə tutulmuş həmin məqalədən qaynaqlanıb. Məqalədə uşaqlara astronomiya ilə astrologiyanın fərqi izah edilir. Bildirilir ki, astronomiya kosmosda olan hər şeyi öyrənən elmdir. Astrologiya isə elm deyil, və qədim tarixə malik olsa da yalnız inanclara əsaslanır.

NASA-nın həmin yazısında deyilir ki, astrologiyanın mövcud olduğu 3000 il ərzində yerdən müşahidə olunan ulduzlar az da olsa səmada yerlərini dəyişib və bu səbəbdən bürclərin sayı artıq 12 yox, 13-dür. 13-cü İlantutan bürcüdür.

Uşaqlar üçün nəzərdə tutulmuş bu yazının sadəcə tarixi və təsviri xarakter daşımasına baxmayaraq bəzi KİV-lər nəinki onu xəbər kimi yayıblar, hətta yeni Zodiak təqvimi də "icad ediblər". Halbuki, orijinal məqalədə belə bir məlumat yoxdur.

“Biz Zodiak işarələrini dəyişməmişik, biz sadəcə riyazi hesablama aparmışıq. Space Place səhifəsindəki məqalə astronomiya yox, astrologiya haqda idi. Məqalədə astrologiyanın qədim tarixin qalığı olmasından söhbət gedirdi", deyə NASA sözçüsü bildirib.

Ən son yazılan

XS
SM
MD
LG