Keçid linkləri

Təcili xəbərlər

Narazı həyat yoldaşı sağlamlığa ziyandır


Bu vaxta qədər xoşbəxtliyin insanın səhhətinə yaxşı təsir etdiyini göstərən bir çox elmi tədqiqat aparılıb. Ancaq bu dəfə alimlər bir insanın xoşbəxtliyinin başqa bir insanın sağlamlığına necə təsir etdiyini araşdırıblar.

Miçiqan Universitetinin psixoloqları aşkar ediblər ki, xoşbəxt olmayan həyat yoldaşları bir-birinin səhhətinə mənfi təsir göstərir.​

Amerika alimlərinin gəldiyi nəticəyə görə xoşbəxt həyat yoldaşları öz ikinci yarılarının sağlamlığını gücləndirirlər.

Amerika alimlərinin gəldiyi nəticəyə görə xoşbəxt həyat yoldaşları öz ikinci yarılarının sağlamlığını gücləndirirlər. Narazı olanlarsa, əksinə, zəiflədirlər. Bu, hətta özü-özülüyündə xoşbəxt olan insanlara da aiddir. Əgər özü xoşbəxt olan adamın həyat yoldaşı narazıdırsa, bu şəxsin sağlamlığı ciddi təhlükə ilə üz-üzədir.

Alimlər altı il ərzində 2000-dən çox ailə cütlütünün xoşbəxtlik və sağlamlıq səviyyəsini müşahidə etməklə bu qənaətə gəliblər. Təcrübədə 50-94 yaş arasında olan kişi və qadınlar iştirak ediblər. Onlar alimlərə həyatlarından nə dərəcədə razı olduqları, şəkərli diabet, yaxud hər hansı başqa xroniki xəstəlikdən əziyyət çəkib-çəkmədikləri, evdə yuyulmuş əşyaları, paltarları nə dərəcədə tez tapdıqları, gündəlik işlərin öhdəsindən necə gəldikləri və fiziki işlərə nə qədər vaxt sərf etdikləri barədə müntəzəm məlumat veriblər.

Alimlər müşahidə ediblər ki, arvad nə qədər xoşbəxtdirsə, ərinin səhhəti bir o qədər yaxşıdır. Ərin xoşbəxt olmaması isə hətta özü-özlüyündə kifayət qədər xoşbəxt olan arvadın da sağlamlığını pozur. Alimlər həmçinin aşkar ediblər ki, bu qanunauyğunluq zaman keçdikcə zəifləmir. Bu isə o deməkdir ki, xoşbəxt həyat yoldaşının olması insanın səhhətinə uzunmüddətli möcüzəli təsir göstərir.

Buna da bax: Bakı selə təslim olur - Nazirlik 17 nəfəri xilas etdiyini bildirir (Video)

Tədqiqat layihəsinin rəhbəri doktor Uilyam Çopikin sözlərinə görə, bunun an azı üç potensial səbəbi ola bilər.

Birincisi, xoşbəxt ər, yaxud arvad həyat həyat yoldaşına daha yaxşı dəstək olur və onun qayğısına qalır. Narazı həyat yoldaşı isə ancaq öz stresinin mənbəyi barədə düşünür.

İkincisi, xoşbəxt ər, yaxud arvad xoşbəxt olmayan həyat yoldaşını səhhəti yaxşılaşdıran işlərə və mühitə cəlb edir. Məsələn, normal yuxu, qidalanma və fiziki hərəkət rejiminin olmasına kömək edir.

Üçüncüsü, xoşbəxt həyat yoldaşının olması insanın həyatını sadəcə asanlaşdırır.

XS
SM
MD
LG