NASA kosmik tədqiqatlar agentliyinin Marsa uçuş planlarını açıqlamasından dərhal sonra, Qırmızı planetin öyrənilməsi yolunda daha bir mühüm addım atılıb. SpaceX şirkətinin sahibi İlon Mask ABŞ-da keçirilən konfransda Marsda daimi koloniyanın yaradılacağını elan edib.
2024-cü ilə nəzərdə tutulmuş ilk kosmik aparatdan sonra hər 26 aydan bir növbəti bir neçə gəminin göndərilməsi planlaşdırılır.
2024-cü ilə nəzərdə tutulmuş ilk kosmik aparatdan sonra hər 26 aydan bir (planetlərin bir-birinə ən yaxın olduğu vaxtda) növbəti bir neçə gəminin göndərilməsi planlaşdırılır. Hər birinin dəfələrlə istifadəsi nəzərdə tutulan bu gəmilər, ümumilikdə bir neçə min uçuş həyata keçirəcək. Maska görə, nəticədə Marsda özünü lazım olan bütün məhsullarla təmin edəcək müstəqil sivilizasiya yaranmalıdır.
“Yaxın 40-100 ildə çox sayda yeni planetlərarası uçuş aparatları qonşu planetə 1 milyona yaxın adamı çatdıracaq. İnsanlar artıq orada Yerdən asılı olmayan sivilizasiya qura biləcəklər”, deyə Mask şirkətinin kolonizasiya planları haqqında danışıb.
“Bu gün Marsa uçuş və orada həyat bizə qeyri-mümkün görünür, lakin biz bu arzumuzu reallaşdırmalıyıq. Bəd xəbər gətirən olmaq istəməzdim, lakin böyük ehtimalla, Yer kürəsi gələcəkdə bəşəriyyətin sonu ola biləcək fəlakətlərlə üzləşəcək. Bunun alternativi insanları kosmosa çıxarmaqdır” – Mask çıxışında bildirib.
...Marsın okeanlarını və atmosferini geri qaytarmaq mümkün ola bilər.
Onun fikrincə, Mars insanların kosmosdakı həyata öyrəşməsi üçün mükəmməl bir yerdir. Əvvəla, o, keçmişdə Yer kürəsinə bənzəyən bir planet olub. Planetdə donmuş su və müxtəfil atmosfer qazları mövcuddur ki, onlardan istifadə edərək Marsın okeanlarını və atmosferini geri qaytarmaq mümkün ola bilər. Bundan əlavə, alimlərə görə, Qırmızı planetin atmosferi orada bitki yetişdirməyə də imkan verir.
SpaceX proqramının əsas üstünlükləri bərpa olunan yanacaqdan istifadə, Marsda yanacağın istehsalı, orbitdə gəmilərə yanacaq doldurulması və çoxistifadəli gəmilərin istifadəsindən ibarətdir. Maska görə, bütün bunlar uçuşların xərclərini əsaslı dərəcədə azaltmalıdır.
SpaceX hər gəmidə 100-ə qədər sərnişin və onlara lazım olacaq qədər yük daşınması planlaşdırılır. Aparatlar Yer orbitinə şirkətin artıq istifadə etdiyi Falcon-9 raketinin böyüdülmüş versiyası vasitəsilə çıxarılacaq. İlk gəminin adı isə Maskın sevimli “Gəhgəşanda (Qalaktikada) avtostopla” əsərində olan gəminin adı kimi, “Qızıl Ürək” olacaq.
Buna da bax: Marsa adam daşıyacaq raket
Təqdimat zamanı Mask kompüterdə hazırlanmış Marsa uçuşun promo videosunu da təqdim edib. “Bu fantaziya deyil, gördüyünüz hal-hazırda mühəndislərin üzərində işlədiyi modellərin görüntüsüdür”, deyə Mask xüsusilə vurğulayıb.