ABŞ-ın Mayami Universitetində çalışan tədqiqatçı Adina Zeki Al Hazuri növbəti elmi araşdırma zamanı gözlənilməz nəticəyə gəlib. Tədqiqat göstərir ki, cavanlıqda yaşanan daimi maddi çətinliklər yetkin yaşlarda vaxtsız qocalmağa səbəb ola bilir.
Alimlərə görə, maddi problemlər dedikdə, pul vəsaitinin çatışmazlığı nəzərdə tutulur ki, bu da koqnitiv problemlərin yaranmasına və insan orqanizminin təbii yaşlanma dövründən daha tez qocalmasına gətirib çıxarır.
...kasıblığın gənclikdə və hətta uşaqlıqda da yaşanması ilkin qocalma effekti verə bilir.
“Gəlir səviyyəsi adətən dinamik dəyişir və ehtimal var ki, gənc və yetkinlik yaşlarında bu, daha tez-tez baş verir”, Al Hazuri bildirir. Bu səbəbdən təcrübədə iştirak edənlərin tək hazırki deyil, illər buyu maddi rifahları nəzərə alınıb. Bir çoxları üçün gözlənilməz olsa da, kasıblığın gənclikdə və hətta uşaqlıqda da yaşanması ilkin qocalma effekti verə bilir.
Tədqiqata, 1985-ci ildə, 18-30 yaş arasında ürək-damar xəstəlikləri tədqitatında iştirak etmiş 3400 nəfər cəlb edilib. Həmin iştirakçılar tapılaraq onların indiki sağlamlıq vəziyyətlərinə baxılıb. Hazırda ortalama 50 yaşında olan bu iştirakçıların maddi durumları barədə məlumat toplanıb.
Buna da bax: Azərbaycanda qadınlar arasında sonsuzluq artır
İştirakçılar gəlirlərinə görə, 4 qrupa bölünüb: heç vaxt maddi problemlər yaşamayan, həyatının üçdə bir hissəsini maddi çətinliklər içində keçirən, həyatının böyük hissəsini maddi problemlərlə üzləşən və həyatı boyu kasıb şəkildə yaşayanlar.
İştirakçıların səhhəti yoxlanıldıqdan sonra amerikalı alimlər belə bir nəticəyə gəliblər ki, digər qruplardan fərqli olaraq, dördüncü qrup iştirakçılarında – həyatları boyu kasıb olanlarda qocalma prosesi daha tez başlayıb.