Keçid linkləri

Təcili xəbərlər

Ataların depressiyası uşaqlara təsir edir


Ailədə atanın psixoloji durumu onun övladlarının inkişafında və davranışında ən mühüm amillərdən biridir. ABŞ alimləri yeni araşdırmalarında psixologiyada populyar olan, atanın rolunun ikinci dərəcəli olması barədə fikirləri təkzib ediblər.

Araşdırma onu da göstərib ki, uşaq körpə olarkən anadan çox atanın depressiya simptomları ona təsir edir və ətrafındakı insanlarla ünsiyyət qurma bacarığında mənfi təsir göstərir.

“Hesab edilir ki, ailədə uşağa daha çox ana təsir edir, ata isə ailə münasibətlərinə yalnız müəyyən bir çalar qatır. Həqiqətdə isə bu, belə deyil – atalar da analar kimi övladlarının davranış münasibətlərinə güclü təsir edirlər”, deyə araşdırmanın müəllifi və Miçiqan Universitetinin elmi işçisi Kler Valloton bildirir.

Araşdırmada 730-dan çox uşaqlı ailə iştirak edib. Alimlər əsas diqqəti isə valideynlərin stress səviyyəsi və yaşadıqları psixoloji çətinliklərinə yönəldiblər.

“Stresslə əlaqəli və psixoloji problemlərin, misal üçün ataların keçirdiyi depressiyaların birbaşa olaraq uşaqlara təsir etdiyini müəyyən etmişik. Başqa sözlərlə, atalar da anaları kimi övladlarının psixoloji inkişafına görə eyni dərəcədə məsuliyyət daşıyırlar”, deyə Vallton onu da qeyd edir ki, bu effekt qısa və ya uzunmüddətli ola bilər.

Araşdırma onu da göstərib ki, uşaq körpə olarkən anadan çox atanın depressiya simptomları ona təsir edir və ətrafındakı insanlarla ünsiyyət qurma bacarığında mənfi təsir göstərir.

Buna da bax: İnsan, öldürmək həvəsində digər primatlara oxşayıb

Araşdırmanın digər müəllifi, Tameşa Hervud isə bildirir ki, atalar da ailədaxili prixoloji proqramlara daxil edilməlidirlər: “Adətən ailə krizis agentlikləri müsahibə zamanı atalara ailədki rollarının yalnız maddi təminatla deyil, onların stress və depressiyalarının uşaqlarına təsir etməsi haqda düşünməyi də izah edirlər. Ailədəki problemləri müəyyən edib onlara kömək etmək üçün, ana və ata da daxil olmaqla ailənin kompleksli görüntüsünü görmək gərəkir”.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG