Keçid linkləri

Təcili xəbərlər

Stiven Xokinq: Planeti tərk etmək insanların yeganə ümididir


Kembric Universitetinin professoru Stiven Xokinq. Corc Vaşinqton Universiteti, 2008
Kembric Universitetinin professoru Stiven Xokinq. Corc Vaşinqton Universiteti, 2008

Başıbəlalı planetimizdə yaşamaq ildən-ilə daha da təhlükəli olur. Insanlıq daima yeni müharibələrin, xəstəliklərin, texnogen və ya təbii fəlakətlərin qurbanı olmaq təhlükəsi ilə üz-üzə qalır.

Britaniyalı məşhur fizik nəzəriyyəçi Stiven Xokinqin problemin həlli üçün orijinal tövsiyyəsi var – digər planetlərdə yeni ev axtarmaq. Onun fikrincə, bəşəriyyət üçün ən təhlükəli olan qlobal istiləşmə və alimlərin süni intellekt yaratma həvəsidir. Xokinqə görə, insanların üz-üzə qaldıqları və günbəgün artan qlobal təhlükələrin öhdəsindən gəlmək şansı yoxdur.

Buna da bax: Ataların depressiyası uşaqlara təsir edir

Alim deyir ki, kosmik poqramlar genişləndirilməsə insanların gələcəyi olmayacaq. Xokinq oxşar fikirlərini mühazirələrində dəfələrcə təkrar eib. Lakin həmfikiri Culian Qatrinin bu yaxınlarda çapdan çıxan “Kosmik gəmini necə tikməli” kitabına yazdığı son sözdə, bu barədə daha ətraflı danışıb.

Eyni zamanda alim, insanların onun məsləhətlərindən qısa zamanda istifadə edə biləcəyini də düşünmür və buna bir neçə yüzillik vaxt lazım oluduğunu deyir.

Xokinq, insanlara israrla yadplanetli sivilizasiyaları axtarmağı da tövsiyə etmir, onun fikrincə onlarla qarşılıqlı əlaqə xoşagəlməz fəlakətlərə gətirib çıxara bilər.

Ən son yazılan

XS
SM
MD
LG