Keçid linkləri

Təcili xəbərlər

QİÇS-dən tam sağalma ilk dəfə müşahidə olunub


Dünyanın bir neçə aparıcı qəzeti indiyə qədər sağalmaz hesab edilən Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİŞS) qarşı yeni müalicə üsulunun uğurları haqda xəbər yayıblar.

Sunday Times-ın yazdığına görə, yeni müalicə üsulu üzərində Böyük Britaniyanın aparıcı beş elmi müəssisəsi – Oksfrod, Kembric, London İmperial Kolleci, London Kollec Universiteti və London Kinq Kollecinin birgə iş aparıb. Yeni üsul QİŞS-i yalnız virusun daha çox aktiv olduğu yerlərdə deyil, bütün orqanizmdə tapmağı və məhv etməyi mümkün edir.

Yeni üsul təcrübə olaraq 50 könüllü üzərində aparılıb. Uğur elə ilk təcrübədə əldə edilib.

Müalicə iki mərhələlidir. İlkin mərhələdə vaksina orqanizmdə QİÇS-ə yoluxmuş hüceyrələri ortaya çıxarır və onları təmizləyir. İkinci mərhələdə isə Vorinostat adlanan dərman preparatı T-limfostirləri aktivləşdirərək orqanizmin immun sistemini virusa qarşı durmağa hazırlayır.

Yeni üsul təcrübə olaraq 50 könüllü üzərində aparılıb. Uğur elə ilk təcrübədə əldə edilib. Tədqiqatçılar qeyd edir ki, 44 yaşlı xəstəni bütünlüklə müalicə etmək mümkün olub. Müalicədən sonra QİÇS-testi mənfi nəticə verib.

Buna da bax: ABŞ daha Internetə nəzarət etmir

The Independen isə qeyd edir ki, xəstəliyin effektiv müalicə üsulunun aşkar edildiyini iddia etmək hələ ki, tezdir. Kliniki təcrübələr davam etməkdədir. Müsbət nəticələr minimal olaraq 10 könüllü xəstədə qeydə alınmalıdır. Buna baxmayaraq, alimlər yenə də yaşlı xəstənin bütünlüklə müalicə etdiklərini elan ediblər.

“Biz xəstıliyin real müalicəsi üçün imkanları araşdırırıq”, deyə Milli Tibb Araşdırmaları İnstitutunun rəhbəri Mark Semuels qeyd edir: “Bu çox çətin bir vəzifədir və biz hələ ki, yolun başındayıq, lakin artıq əldə edilmiş irəliləyiş həqiqətən ümidvericidir”.

"...biz hələ ki, yolun başlanğıcındayıq, lakin artıq əldə edilmiş irəliləyiş həqiqətən ümidvericidir”

Təcrübənin nəticələri 2018-ci ildə dərc ediləcəyi bildirilir.

QİÇS insan orqanizminin immun sisteminə müdaxilə edərək T-hüceyrələrinin DNT-si ilə birləşərək nəinki viruslarla mübarizə aparmamağa, əksinə virusları çoxaltmağa vadar edir. Hazırki müalicə üsulu anti-retrovirus müalicəsi (Art) adlanır. Bu müalicə virusun çoxalma prosessə müdaxilə edir, lakin yoluxmuş T-hüceyrələrini müəyyən edə bilmir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, QİÇS ölüm səbəbləri arasında sayçoxluğuna görə 5-ci yerdədir. Dünyada məlum olan 37 milyona virus daşıyıcısı var və onların böyük əksəriyyəti Afrikada yaşayır.

XS
SM
MD
LG