Oktyabrın 10-da çoxdan gözlənilən "Facebook at Work" əlavəsi rəsmən işə düşəcək. Bu xidmət yalnız müdirinizin təsdiqlədiyi iş yoldaşlarınızla əlaqə yaratmanıza imkan verəcək.
Facebook bu layihənin üzərində iki il işləyib. "Facebook at Work" "Slack" və Microsoftun "Yammer" xidmətinə rəqib olacaq.
"Əslində Facebookun iş yerindəki problemlərin dərhal həlli üçün istifadə edilə biləcək əlaqə funksiyaları var"
Müştərilərdən aylıq ödəniş alacaq bu xidmət əsas qazancını reklamdan götürən "Facebook"a əlavə qazanc gətirəcək. Xidmət yüzlərlə iri şirkətdə fərdi qaydada sınaqdan keçirilib.
Dünyanın tanınmış IT şirkətlərindən olan "Gartner"in baş meneceri bunu belə şərh edir: “Facebook bu günə qədər iş yeri sahiblərinin sevmədiyi bir əlavə olub. Əslində Facebookun iş yerindəki problemlərin dərhal həlli üçün istifadə edilə biləcək əlaqə funksiyaları var. "Facebook at Work"ün hazırlanmasının məqsədi də budur. Layihələri dərhal paylaşmaq, maliyyə hesabatlarına fikir bildirmək və satış və marketinq sektorundakı təcili quraşdırma kimi işləri lazım olan adamlarla dərhal paylaşmaq".
"The Enderle Group"un Direktorlar Şurasının Sədri Rob Enderle də layihəni müsbət qarşılayır. “Ofislərdə işlədilən əlaqə proqramları IT şöbələrimizə problem yaradır. Məlumat sızması, təhlükəsizlik boşluğu kimi problemlərin olub-olmadığını düşünə-düşünə qalırıq. Ancaq Facebook kimi sinaqdan keçmiş olan bir əlavə sayəsində artıq rahat yata bilərik," Enderle deyir.
Analitik Cef Kagan isə yeni layihənin uğuruna şübhə ilə yanaşır: “Tanınmış sosial media xidməti demək olar ki, əlini atdığı hər sahədə çox uğur qazanıb. Ancaq indiyə qədər bütün layihələr fərdi müştəriyə ünvanlanmışdı. İndi artıq qurumlarla işləmək məcburiyyətindədir," Jeff Kagan deyir.