Keçid linkləri

Təcili xəbərlər

'Toyota'dan yeni robot sevgi və rahatlıq verir


Uşaqsız ailələr üçün yaradılmış robot - Kirobo Mini
Uşaqsız ailələr üçün yaradılmış robot - Kirobo Mini

Yaponiyada uşağı olmayan cütlüklər üçün "ünsiyyət qura bilən" robot körpə yaradılıb. İstehsalçıların məqsədi süni zəkalı robotlar vasitəsilə insanlara əsl hissləri yaşatmaqdır.

Robotlarla bağlı aparılan tədqiqatların iqtisadiyyata, xüsusilə də iş yerlərinə təsiri geniş müzakirə mövusudur. 2020-ci ilə qədər təkcə ABŞ-da robotların 5 milyon insanın iş yerini tutacağı ehtimal edilir. Texnologiya nəhəngi IBM robotların xüsusən də maliyyə, müştəri xidmətləri, marketinq və fast-fud sahələrində çalışacağını proqnolaşdırır.

...bir çox şirkətlər yaratdıqları robotlarla insanlara ehtiyac duyduqları dostluğu verməyə çalışır.

Ancaq bir çox şirkətlər yaratdıqları robotlarla insanlara ehtiyac duyduqları dostluğu verməyə çalışır. Robot ev heyvanları ölkəmizdə çox da gözə dəyməsə də Yaponiya və Avropada geniş yayılıb.

Yapon sənaye nəhəngi "Toyota" ev heyvanlarından bir addım irəli gedərək robot körpə yaradıb. Ötən gün şirkət "Kirobo Mini" adlı robotun təqdimatını keçirib. "Kirobo Mini"ni yaratmaqda məqsəd doğum faizlərinin çox aşağı olduğu Yaponiyada uşağı olmayan ailələrə "uşaq sahibi olmaq" hissini yaşatmaqdır.

Buna da bax: Facebookdan iş yerində də istifadə etmək olacaq

"Emosional bağ qura bilən" "Kirobo Mini"nin diayneri Fuminori Kataoka təqdimat zamanı bildirib ki, robot əsl körpəyə oxşaması üçün qəsdən səndələyən şəkildə istehsal edilib.

İnsanların duyğularını anlayaraq uyğun reaksiya verə bilən Kirobo Mini 392 dollara satılacaq.

ROBOT EV HEYVANLARI VƏ YAŞLILARA YOLDAŞ

"Hansa Creations" şirkəti müxtəlif cinslərdən olan it və pişik robotları istehsal edir. Şirkət insanların bu robotlarla "dərhal bağ qura bildiyini" iddia edir. Sahibləri bu heyvan robotlarla saatlarla oynaya bilir. Robotları əzizləyəndə onlar sizə əsl it və pişiklərin reaksiyasına oxşar reaksiya verirlər. Bundan başqa fərqli cinslərdən olan robotların fərqli xüsusiyyətləri olur. Məsələn, ov iti dekorativ ev itindən daha sürətlə qaçır və s.

Oyuncaq istehsalçısı "Hasbro"nun böyüklər üçün məhsullar hazırlayan brendi "Joy for All" iki gün əvvəl yeni robotunu təqdim etdi. Yumşaq və tüklü olan bu robot əsl köpək kimi qaça bilir və sahibinin səsinə hürərək cavab verir. Üstəlik, siz ona toxunanda ürək döyüntülərini də hiss edirsiniz. "Hasbro" bu robotu tənha yaşayan yaşlı insanlara dost olması üçün yaradıb.

Yaponiya Milli Qabaqcıl Sənaye Texnologiyaları İnstitutunun yaratdığı ağ tüklü robotdan ABŞ və İngiltərənin bir çox xəstəxanasında depressiya ilə mübarizə aparan xəstələrin müalicəsində istifadə olunur. Kiçik suiti şəklində hazırlanmış Paro adlı bu robot süni intellekti sayəsində zaman içində öyrənmək bacarığına malikdir. Robotu oxşadığınız zaman xoşuna gəldiyini bildirən səslər çıxarır.

Çinli robot istehsalçısı "Roobo"isə bu yaxınlarda "Domgy" adlı robot köpəyi təqdim edib. Domgy çox inkişaf etmiş süni intellektə malikdir. Əsl köpək kimi müəyyən aman içundə komandaları öyrənir. Sifətləri də tanıtan Domgy evə yad adam gələndə sahibini xəbərdar edir. Üstəlik o, evinizdəki hər bir ağıllı cihaza bağlana bilir. Beləliklə, itinidən televizorun kanalını dəyişdirməyi xahiş edə, yaxud hava proqnozunu soruşa bilərsiniz.

Ən son yazılan

XS
SM
MD
LG