Keçid linkləri

Təcili xəbərlər

Putinin Qarabağ planı və ya Rusiyanın “İsgəndərnamə”si...


Rusiya istehsalı olan Iskander balistik raketləri
Rusiya istehsalı olan Iskander balistik raketləri

ÜMİD VƏ ACI ETİRAF...

Cəmi üç ay bundan əvvəl Qarabağ problemi ətrafında necə bir eyforiya yaşandığını xatırlayanda adam təəccüblənməyə bilmir. Doğrudanmı vur-tut üçcə ay ərzində hər şey bu qədər dəyişə bilərmiş?..

Rusiyalı diplomatlar deyirdilər ki, böyük ehtimalla bu ilin sonuna qədər problemin çözülməsi istiqamətində çox ciddi addımlar atılacaq. ü

Düşünürdük ki, ən azı, payızın ilk günlərində Qarabağ prosesinə yenidən start veriləcək...

Həmsədrlər problemi müzakirə etmək üçün hətta Ankaraya da baş çəkəcəklərini bildirirdilər. Amma indi bunların heç biri yoxdur, sanki bu vədlər və ümid dolu bəyanatlar heç olmayıbmış. Düşünürdük ki, ən azı, payızın ilk günlərində Qarabağ prosesinə yenidən start veriləcək və hər iki tərəfin – Azərbaycanın və Ermənistanın prezidentlərini görüşdürmək, onların mövqelərini yaxınlaşdırmaq üçün daha bir cəhd ediləcək...

Amma artıq oktyabr ayı olsa da bu xüsusda hər hansı bir məlumat səslənmir. Üstəlik, bu azmış kimi, bu yaxınlarda ABŞ dövlət katibinin çox bədbin bir açıqlaması səsləndi. Con Kerri bildirdi ki, indiki məqamda Qarabağ probleminin həlli mümkün deyil. Bütün bu illər ərzində həmsədr ölkələrin diplomatlarının dilindən belə bədbin açıqlama eşitməmişdim. Hətta ən ümidsiz vaxtlarda, heç bir irəliləyişin olmadığı bir halda da həmsədrlər yenə nikbin notlarda danışmağa üstünlük verirdilər...

KERRİ NİYƏ BELƏ DANIŞDI?

Amma ABŞ dövlət katibinin səmimiyətinə şübhə etmək üçün də əsas yoxdur. Böyük ehtimalla, Kerri də böyük siyasətdən getmək ərəfəsindədir, çünki Barak Obama administrasiyasının sonuna elə də böyük bir müddət qalmayıb. Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Kerri, yəqin ki, daha dövlət katibi olmayacaq. Düzdür, dövlət katibliyindən öncə onun böyük Konqres təcrübəsi vardı və heç də istisna deyil ki, dövlət katibi yenidən Konqresə qayıtmağa cəhd edəcək – hər halda, buna heç kim mane olmur...

Buna da bax: Qızıl əllər

Amma bütün bunlar ehtimallar və fərziyyələrdir. Siyasət isə tamam başqa şeydir, bəzən elə sürprizlər edir ki, adam lap mat-məəttəl qalır.

Əsas odur ki, böyük siyasətdən getmək ərəfəsində Kerri özünə səmimi və diplomatiya baxımından qeyri-standart bəyanatları rəva görə bilər...

RUSİYANIN “İSGƏNDƏRNAMƏ”Sİ...

Təəccüblüsü budur ki, cəmi üç ay əvvəl hətta ABŞ diplomatlarının da çıxışlarında nikbinlik notları artmışdı. Onlar da Rusiya prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildirir və bu dəfə həqiqətən də nəsə olacağına ümid verirdilər...

Artıq o da yoxdur. Əvəzində pessimizm və tərəddüdlər var. Üstəlik, Rusiya tərəfdən də hər hansı tərpəniş yoxdur. Bəs Rusiyaya nə oldu? Onlar ki, böyük nikbinliklə məsələyə girişmişdilər...

Elə bu yaxınlarda Ermənistanda Rusiyanın “İskander” tipli raketləri nümayiş etdirildi.

Bu müddət ərzində Ermənistanda bir az gərginlik yaşandı. Yəqin ki, oxucu Yervanda polis binasının ələ keçirilməsi ilə bağlı yaşanan siyasi gərginlyi yaxşı xatırlayır. O vaxt bu gərginlik öz işini gördü və Serj Sarksiana prezidentlərin görüşünü qeyri-müəyyən bir müddətə təxirə salmağa imkan verdi. İndiki məqamda Ermənistan prezidentinə bundan artığı lazım deyildi, necə deyərlər, Mavr işini gördü...

Amma bu da hələ hamısı deyil. Elə bu yaxınlarda Ermənistanda Rusiyanın “İskander” tipli raketləri nümayiş etdirildi. Düzdür, bu xüsusda xeyli mübahisə və təhlillər oldu. Hamı bir sual verirdi: raketlər kimə məxsusdur? Əslində isə bunun elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, Ermənistanda belə bir raket sistemi var...

RUSİYA NİYƏ BELƏ ETDİ?

Qarabağ problemini yaxın vaxtlarda çözəcəyini vəd edən Rusiyanın niyə belə etdiyi də bir xeyli mübahisə doğurdu.

Rusiya bununla nə demək istəyirdi? Kimə təzyiq etməyi düşünürdü? Zənnimizcə, bu sualların cavabını tapmaq elə də müşkül məsələ deyil. Sadəcə bir detala diqqət yetirmək lazımdır. Cəmi bir ay bundan əvvəl Rusiyanın müdafiə naziri Yerevanda keçiriləcək Kollektiv Təhlükəsizlik Təşkilatının müdafiə nazirlərinin toplantısı ərəfəsində, Bakıya təşrif buyurmuşdu. Hər belə səfərlər zamanı rusiyalı diplomatlar, həbrçilər Azərbaycanı da Kollektiv Təhlükəsizlik Təşkilatında görmək arzularını gizlətmirlər. Azərbaycan isə, hələ ki, bu işarələrə biganədir. Çox güman ki, Rusiya Ermənistanda “İskander” raketlərini nümayiş etdirməklə Azərbaycana Kollektiv Təhlükəsizlik Təşkilatında olmağın üstünlüyünü göstərmək istədi.

Çox güman ki, Rusiya Ermənistanda “İskander” raketlərini nümayiş etdirməklə Azərbaycana Kollektiv Təhlükəsizlik Təşkilatında olmağın üstünlüyünü göstərmək istədi.

Həm də aprel döyüşlərindən sonra Azərbaycanda hələ də Qarabağ problemini hərb yolu ilə çözmək çağırışları səngimir. Raketlər həm də bu çağırışlara bir mesaj idi. Rusiya göstərdi ki, Ermənistanın silah-sursat sarıdan problemi yoxdur...

Burada bir maraqlı məqamı da qeyd etmək lazımdır. Bütün bu proseslərdə Rusiya həm də, necə deyərlər, öz cibini də güdür. İki dövlət – Azərbaycan və Ermənistan arasında əsl silahlanma yarışı gedir. Ermənistanda yeni silahlar görən Azərbaycanın ilk qənaəti bu olur ki, özünün müdafiə xərclərini bir az da artırsın. Bundan isə, yenə də Rusiya udur, çünki Azərbaycan silahları ilk növbədə Rusiyadan alır. Bir sözlə, son nəticədə qazanan yenə də Rusiya olur...

Həm də bütün bu proseslər başlayandan dəfələrlə yazmışdıq ki, Rusiya heç bir vaxt siyasi filantropiya ilə məşğul olmaz. Qarabağ probleminin çözülməsi, rayonların qaytarılmasının müqabilində Rusiya ya münaqişə bölgəsinə öz sülhməramlılarını gətirəcək, ya da ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Təşkilatının və yaxud da Avrasiya İttifaqının üzvü olmağa təhrik edəcək...

Elə ABŞ dövlət katibinin daha bir açıqlamasından, Suriya ilə bağlı dediklərindən bir nəticə hasil etdik özümüz üçün – Qərb hələ ki, Rusiya ilə bacarmır. Bəlkə də son illərin ən acı etiraflarından biri məhz budur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG