Keçid linkləri

Təcili xəbərlər

İnsan ən çox 115 il yaşaya bilər – ABŞ alimləri


122 yaşında vəfat etmiş dünyanın ən yaşlı adamı - Janna Kalman
122 yaşında vəfat etmiş dünyanın ən yaşlı adamı - Janna Kalman

Bəşəriyyətin 122 yaş rekordunu vurmaq şansı olacaqmı?

Dünyanın yaşı təsdiq edilmiş ən uzunömürlü insanı, Fransada yaşayan madam Janna Kalman 1997-ci ildə, qocalar evində vəfat edib. Jannanın vəfat edəndə 122 yaşı vardı və bu, insan uzunömürlülüyün rekord yaşı hesab olunur.

Yan Viyq, Albert Eynşteyn Tibb Kollecinin yaşlanma üzrə eksperti, madam Kalmandan sonra bu rekordun yenilənəcəyinə şübhə ilə yanaşır. “Böyük ehtimal ki, biz artıq bu işdə maksimal həddə çatmışıq. Bundan sonra, çox güman ki, insan ən çox 115 il yaşaya biləcək”, deyə, tədqiqatçı bildirir.

Bu araşdırma insan ömrünün limiti olmadığını deyənləri reallığa qaytarır”

Viyq və tədqiqatın digər müəllifləri – Syao Don və Brendon Milxolland, bu rəyin sübutlarını bir neçə gün əvvəl “Nature” elmi jurnalında dərc ediblər. Dərc olunan nəticələr sahənin mütəxəssisləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bu fikirlə razılaşanlar da olub, razılaşmayanlar da. “Bu insan ömrünün limiti haqqında həddindən artıq maraqlı bir yazıdır”, deyə İllinoys Universitetinin professoru Cey Olşanski bildirir.

Digər alim – Maks Plank adına mərkəzin direktoru Ceyms Vaupel insanların ömür limitinin tədricən maksimuma çatdığını qəbul etmir. O, bunu “elmə parodiya” adlandırır: “Eyni səhv illərdir ki, təkrar edilir və hətta bunu ciddi elmi dərgilərdə də çap edirlər”, deyə alim qeyd edir. Vaupel daha optimist yanaşmanın tərəfdarıdır.

Massaçusets Texnoloji Universitetinin bilogiya üzrə professoru Leonard Quarante nəticələrdən razı qaldığını bildirir: “Bu araşdırma insan ömrünün limiti olmadığını deyənləri reallığa qaytarır”.

Tədqiqatın əsasında dünyada hər yaş qrupuna məxsus insanların faiz nisbəti durur. Bu rəqəmləri ilbəil müqayisə edərək ildən-ilə hansı qrupda faizin böyüdüyünü müəyyən ediblər. Nəticə göstərib ki, yuxarı yaş həddində olanların sayı sürətlə artıb. Məsələn, Fransada 1920-ci ildə ən sürətlə sayı artan qrup 85 yaşlı qadınlar qrupu olub.

Buna da bax: Nobel mükafatçısı ac qalmağın faydasını da sübut edib

Alimlər qeyd edir ki, orta yaş həddi artdıqca onun pik həddi də dəyişirdi. 1990-cı illərdə daha sürətlə artan qrup – 102 yaşlı qadınlar olub. Əgər bu trend davam etsə idi, hazırda bu, 110 yaşlı qadınlar qrupu olardı. Ancaq bu baş verməyib. Belə ki, 100 yaşdan yuxarı bu sürət azalmağa başlayıb. Viyqə görə, anoloji trend 40 ölkədə müşahidə edilib.

Bunu yoxlamaq üçün Viyq və həmkarları beynəlxalq uzunöümürlülük statistikasını analiz ediblər. Bu statistika 1960-cı ildən sonra ekstremal uzunömürlü olan 534 individuumun detallı məlumatlarını əks etdirir.

1968-ci ildə 534 nəfərdən ən yaşlısı 111 il ömür sürüb. 1990-cı ildə bu rəqəm böyüyərək 115 olub. Daha sonra isə artım dayanıb. Janna Kalman isə istisna hal olub. Alimlər mövcud olan trendlərə əsasən, Kalman kimi digər bir uzunömürlünün olub-olmadığını müəyyən etməyə çalışıblar. Nəticə demək olar ki, sıfra bərabərdir.

Gözləntilərimizə görə, gələcəkdə də ən yaşlı insan 115 yaşlı birisi olacaq”

Əldə edilən statistikaya əsaslanaraq, alimlər deyir ki, gələcəkdə uzunömürlülük tendensiyası indiki kimi qalacaq: “Gözləntilərimizə görə, gələcəkdə də ən yaşlı insan 115 yaşlı birisi olacaq”.

XIX əsrin sonlarından uşaq ölümlərinin sayı azaldığıdan insanın orta ölüm yaşı artmağa başlayıb. Son onilliklər ərzində isə səhiyyənin inkişafı bu tendensiyaya yenə də müsbət təsir edib.

İnsanlar əvvəlki illərə nisbətən daha az siqaret çəkir, antibiotiklər və digər dərman preparatları xroniki xəstəliklərdən, ürək xəstəliklərindən ölüm sayını azaldıb. Ancaq, bunlara baxmayraq, biz hələ də orqanizmin biloji yaşlanmasının qarşısını almaq iqtidarında deyilik.

1900-cü ildə ABŞ-da doğulan uşağın orta hesabla 50 il yaşayırdı. Bu gün doğulan uşaq orta hesabla 79 ilədək yaşayacağını gözləyə bilər. Yaponiyada isə bu yaş 83-dür.

XS
SM
MD
LG