Keçid linkləri

Təcili xəbərlər

‘Honda’ yeni avtomobilini 3D printerdə ‘çap edib’


Korpusu 3D printerdə çap olunmuş Honda Kabuku elektromobili
Korpusu 3D printerdə çap olunmuş Honda Kabuku elektromobili

Aparıcı avtomobil istehsalçısı "Honda" tarixində ilk dəfə 3D printerində çap olunmuş elektromobilini təqdim edib.

Honda "Micro Commuter" avtomobilinin bazasında yaradılmış bu kompakt avtomobilin rəsmi təqdimatı CEATEC 2016 yapon istehlakçı elektronikası sərgisində keçirilib.

"Honda"nın nümayiş etdirdiyi prototip 3D çapı üzrə ixtisaslaşan "Kabuku" şirkətinin mühəndislərinin iştirakı ilə yaradılıb. Prototipin ölçüləri fransız istehsalı olan Renault Twizy modeli ilə eynidir. Uzunluğu 2,3, eni 1,2, hündürlüyü isə 1,4 metrdir. Ancaq ikiyerlik fransız avtomobilindən fərqli olaraq, "Honda"nın variantında bircə yer var. Qalan məkan yük üçün nəzərdə tutulub.

Kompakt kar arxa hissəsində, yük bölməsinin altında yerləşən elektrik mühərriki vasitəsilə hərəkətə gətirilir.

Buna da bax: Çin də kosmik turizmə qoşulur

Avtomobilin kuzovunun bütün elementləri 3D printerində çap edilərək sonradan birləşdirilib. "Honda" və "Kabuku"nun rəsmilərinin sözlərinə görə, belə konstruksiya istehsal prosesini sürətləndirməyə imkan verir.

Mühəndislər avtomobilin korpusunu cəmi iki ay ərzində dizayn ediblər.

Hərçənd, bu avtomobilin bir ciddi çatışmazlığı var. O, davamlı deyil və çətin ki, ciddi bir toqquşmaya dözsün. Ancaq, bu, sadəcə konseptdir. Gələcəkdə seriya istehsalına başlanılsa, bu qüsur aradan qaldırıla bilər.

"Honda" iddia edir ki, bu avtomobil kuryer xidmətləri üçün ideal vasitə ola bilər. Belə ki, onun həm özü, həm də ehtiyat hissələri ucuz başa gəlir.

Avtomobilin ilk seriyası Yaponiyanın "Toshimaya" qurabiyə şirkəti üçün hazırlanıb. Şirkət onun köməyilə şəhər içərisində qurabiyə daşıyacaq.

Ən son yazılan

XS
SM
MD
LG