Keçid linkləri

Təcili xəbərlər

Uşaqlara rəqs və musiqi öyrətmək üçün daha bir səbəb


Bir çoxları uşaqlıqda musiqi və rəqs dərslərinə o qədər də həvəslə getməyib. Ancaq indi məlum olur ki, bu növ yaradıcılığın beyinə müstəsna təsiri var.

Kanada alimləri müəyyən ediblər ki, musiqi və rəqslə məşğul olmaq baş beynin işini xeyli gücləndirir. Monrealdakı Konkordia Universitetində aparlmış tədqiqatlar aşkar edib ki, musiqi və rəqslə məşğul olmaq beynin işinə bir-birindən fərqli təsir edir. Ancaq hər iki fəaliyyət növü beynin işinin effektivliyini gücləndirir.

Məlum olub ki, peşəkar musiqiçilər və rəqqaslarda boz maddənin əksər hissələrində nəzərəçarpan fərqlər var. Onların beynində qavrama və dəqiq işlərə cavabdeh hissələr daha çox inkişaf etmiş olur.

Tədqiqatda iştirak edən 300 könüllü arasında rəqqaslar, musiqiçilər və bu fəaliyyətlərin heç biri ilə məşğul olmayan şəxslər olub. Təcrübə zamanı yüksək texnologiyalı vizuallaşdırma metodlarından istifadə olunub.

Məlum olub ki, peşəkar musiqiçilər və rəqqaslarda boz maddənin əksər hissələrində nəzərəçarpan fərqlər var. Onların beynində qavrama və dəqiq işlərə cavabdeh hissələr daha çox inkişaf etmiş olur. Koqnitiv fəaliyyətin ilkin və yüksək səviyyələrində ciddi fərqlər müşahidə olunur. Yaradıcılıqla məşğul olan insanlarda beynin müxtəlif zonaları arasında əlaqələlər daha genişdir. Beyin yarımkürələrinin birləşdiyi yerlərdə də əlaqələndirən lif topalarının sıxlığı daha çoxdur.

Konkordia Universitetinin professoru və Psixologiya kafedrasının rəhbəri Virciniya Penhune qeyd edir ki, bu tədqiqat beynin regionlarının öz aralarında necə şəbəkələr yaratdığı və bu struktur şəbəkələrinin məşqlər nəticəsində necə dəyişdiyi barədə müasir təsəvvürləri daha da dərinləşdirir.

"Bu tədqiqatın təhsil və reabilitasiya kimi sahələrdə tətbiq edilmək üçün böyük potensialı var. ...Artıq rəqs və musiqi terapiyası nəticəsində Parkinson xəstələrinin və autizmdən əziyyət çəkən uşaqların vəziyyətində irəliləmə görünməyə başlayıb. Ancaq həm bu, həm də başqa xəstəliklərlə bağlı daha çox iş görülə bilər", Penhune deyir.

XS
SM
MD
LG