Keçid linkləri

Təcili xəbərlər

Hər şey hakimiyyətin insafına qalanda...


Hüseynbala Səlimov
Hüseynbala Səlimov

BU İL PREZİDENT SEÇKİSİ OLACAQMI?..

Hətta ən avtoritar ölkələrdə belə insanlar dost-tanış arasında söhbətlərdə özlərini siyasətdən əməlli-başlı baş çıxaran adam kimi göstərməyə çalışırlar. Hamı da proqnoz verir..

Elə bu səbəbdən də bəzən sadəcə, özlərinin bu ehtimallarının və fərziyyələrinin təsdiqini görmək üçün nəyisə gözləyirlər. Konstitusiyaya düzəlişlər təklifi ilk dəfə elan olunanda da belə oldu. Hamı dərhal vitse–prezidentlik institutuna namizədləri təxmin etməyə başladı...

Yada salaq ki, yeni düzəlişlərə görə prezidentlik müddəti yeddi ilə qədər artırılıb. Əslində buna heç bir ehtiyac yox idi...

Konstitusiyaya düzəlişlərin digər aspektləri də yaddan çıxmayıb. Qəzetlər, saytlar ara vermədən bu il prezident seçkilərinin keçiriləcəyindən və yaxud, indiki parlamentin buraxılaraq yeni parlament seçkilərinin təyin olunacağından yazırlar. Xüsusən də növbədənkənar prezident seçkiləri ilə bağlı gümanlar və fərziyyələr ara vermir...

Yada salaq ki, yeni düzəlişlərə görə prezidentlik müddəti yeddi ilə qədər artırılıb. Əslində buna heç bir ehtiyac yox idi. Cünki, Azərbaycanda prezident seçkilərilə bağlı iki dəfəlik məhdudiyyət yoxdur və bu vəzifəni tutan adam, arzu edərsə, “yoruldum” deyənə qədər öz postunda qala bilər...

Di gəl, hakim partiya prezidentlik müddətini bir az da artırmaq qərarına gəldi və bütün digər düzəlişlər kimi bunu da əsaslandırmaq üçün özünə əziyyət vermədi. Sanki buna heç ehtiyac yox imiş...

Budur, indi jurnalistlər aramsız olaraq növbəti prezident seçkisindən yazırlar. Ən maraqlısı odur ki, növbədənkənar parlament seçkiləri kimi prezident seçkiləri də ölkəyə yeni heç nə vəd etmir...

Buna da bax: Hüsniyyə

Hərçənd ki, hakimiyyət dairələri bu referendumdan sonra da ölkədə tamamilə yeni mərhələnin başlanacağını iddia edir və sanki insanları bir azacıq da gözləməyə çağırırdılar...

Təəssüf ki, insanların bütün bunlara əsl reaksiyasını bilmək olmur. Ölkədə düzgün və demokratik seçkilər olmadığı kimi, obyektiv sosioloji sorğular, insanların öz fikirlərini izhar etmək üçün geniş media imkanları da yoxdur. Yalnız sosial şəbəkələrdən və bir də insanlarla söhbətlərdən nəsə təxmin etmək olur...

ÇALIŞIRLAR Kİ, İNSANLAR SİYASƏTLƏ TƏMASDA OLMASIN...

Bəs onda prezidentlik müddətini artırmaq nəyə lazım idi? Yalnız və yalnız bir səbəbdən: hakimiyyət çalışır ki, insanlar böyük siyasətlə mümkün qədər az təmasda olsunlar. Seçkilər olanda istər-istəməz onların diqqəti siyasətə yönəlir, nəsə eşidir və özləri də nəsə deyirlər...

Parlament seçkilərinin “çarəsi” çoxdan tapılıb. Təbii, digər seçkilər kimi bu seçkinin də ən maraqlı hissəsi məhz debatlar idi...

İndi bilmək olmur, növbəti prezident seçkilərində debatlar olacaq, ya yox?

Amma hakim partiya bunu da yasaq etməyin “incə” yolunu tapıb – guya ki, müxalifət partiyaları efir saatı almaq üçün zəruri prosedurları keçə bilmirlər, hakim partiya özü də təvazökarlıq edərək efirdən imtina edir.

Əslindəsə məqsəd tamam başqadır və bir az əvvəldə dediyimizdir – çalışırlar ki, insanlar, seçicilər siyasətlə təmasda olmasınlar...

Amma prezident seçkilərində vəziyyət bir azacıq fərqlənirdi. Hətta son vaxtlara qədər seçki debatları da qalırdı, müstəqil və müxalif namizədlərə də efir vaxtı verilirdi. Elə insanların da yadında qalan məhz bu olurdu...

Məsələn, burada sonuncu prezident seçkisini xatırlamaq olar. Milli Şuranın (o vaxt müxalifət partiyalarının çoxu məhz bu ad altında birləşmişdi) namizədi çox maraqlı seçki debatı nümayiş etdirdi və insanların bir çoxu bu namizədə əvvəlcə inamsızlıq göstərsələr də, onu zəif siyasi opponent hesab etsələr də, debatlardan sonra çoxunun fikri dəyişdi...

Buna da bax: 'Gürcüstanda saxtakarlıq olsaydı, niyə seçki ikinci tura qaldı?'

İndi bilmək olmur, növbəti prezident seçkilərində debatlar olacaq, ya yox? Mümkündür ki, hakim partiya bu məsələnin də çarəsini tapsın və bu seçkilərdə də seçki debatları olmasın...

Amma normal seçki ərəfəsi debatlar, müzakirələr olmazsa, əslində növbədənkənar prezident seçkilərinin olub-olmayacağının da heç bir fərqi yoxdur. Elə qəzetlərin, saytların da bu məsələyə fövqəlmarağını başa düşmək olmur. Cəmi bir-iki həftə bundan əvvəl necə referendum keçirildisə, eləcə də prezident seçkiləri olacaq – təbii, hakim partiya seçki keçirmək qərarına gələrsə...

ŞƏRQDƏ NİYƏ GÖRƏ HƏMİŞƏ ƏDALƏTLİ HÖKMDAR AXTARIBLAR?..

Qalan məsələlər isə yetərincə aydındır. Bir az əvvəldə yeddi il söhbətinə toxunduq. Digər düzələişləri də yada salanda bir sualı verməkdən adam özünü saxlaya bilmir: doğrudanmı, ölkədəki problemləri həll etmək, onu normal ölkələrin sırasına qatılmaq üçün hökumətə vaxt ya səlahiyyət çatışmır?

Hakim partiya düz 23 ildir “siyasət olimpini” heç kimlə bölüşmür və düz 23 ildir şəriksiz hakimiyyətə malikdir. Doğrudanmı, bu az vaxtdır?

Şərqlilərin şahları insafa və ədalətə çağırmaqdan savayı yolu yox idi. ... Ən qəribəsi və bir az da qorxulusu budur ki, eyni siyasi yanaşma bu gün də qalır.

Və yaxud da səlahiyyətlər məsələsinə gələk... Mənə elə gəlir ki, hökumətin pis işləməsinin, yarıtmaz fəaliyyətinin, ölkədə korrupsiyanın və monopoliyanın baş alıb getməsinin səbəbləri səlahiyyətlərin azlığında deyil, əksinə onların çoxluğundadır...

Hakimiyyyətin səlahiyyətləri artdıqca və onun cəmiyyət qarşısındakı hesablılığı azaldıqca, belə fikir yaranır ki, heç işləməmək də olar! Hesab soran yox, tələb edən, nəzarət edən yox... Hökumət niyə işləməlidir ki?..

Hakimiyyətlərin cəmiyyət qarşısında ya məsuliyyəti, ya da insafı olur. Hesabatlılıq olmayanda, nəzarət edilməyəndə ən yaxşı halda insaf qalır. Amma rəhm, insaf məsələsi də elədir ki, ola da bilər, olmaya da... Hər şey qalır hökumətin insafına...

Bəzən deyirlər ki, bütün Şərq ədəbiyyatı, ədəbi-fəlsəfi fikri bir məsələyə – adil və insaflı şah axtarışlarına yönəlib. Həqiqətən də belə olub. Şərq ədəbiyyatı bu məsələdə Qərbdəki kimi dərinə gedə bilmədi. Di gəl, bunun başqa səbəbləri də vardı. Şərqlilərin şahları insafa və ədalətə çağırmaqdan savayı yolu yox idi. Şərqlilərin şahlara təsir etmək üçün digər imkanları yox idi. Amma bu, hələ hamısı deyil. Ən qəribəsi və bir az da qorxulusu budur ki, eyni siyasi yanaşma bu gün də qalır. Ona görə də bir az əvvəldə hökumətlərin insafı haqqında danışdıq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG