Keçid linkləri

Təcili xəbərlər

Atası üçün mexaniki əl protezi yaradıb və pulsuz paylaşır


Ucuz mexaniki protezin müəllifi Oleq Qaltsev
Ucuz mexaniki protezin müəllifi Oleq Qaltsev

Minskli proqramçı Oleq Qaltsev öz atası üçün elektromexaniki əl protezi yaradıb. Onun yaratdığı protez analoqlarından 20 dəfə ucuz başa gəlib. Protezin bütün hissələrini 3D printerdə çap etmək mümkündür.

İki minskli mütəxəssis iki ildir ki, süni əl üərində çalışır. Oleq Qaltsev layihənin inkişafı və proqramlaşdırma işləri, Serqey Arefyev isə 3D modelləşdirmə və mexanika ilə məşğul olur. Yeni texnoloji əlin əsas və ilk istifadəçisi Oleqin atasdır. O, əlini 20 il bundan əvvəl itirib.

MyoTriton adlanan protezin əsas xüsusiyyəti asan idarə olunmasıdır. İnsanın dirsəkdən aşağı qolunu çevirməsi mexanizm üçün əsas siqnaldır. Qurğuya yerləşdirilmiş xüsusi "sıxaclar" dönmə hərəkətinə reaksiya verərək mexanizmi hərəkətə gətirir. "Əlin" xarici qatları isə hərəkətsiz qalır.

Buna da bax: "Samsung" problemini həll edə bilmir

Avropa klinikalarında oxşar protezlərin qiyməti 25−30 min avrodur. Ucuz hissələrdən istifadə və detalların 3D printerdə çap olunması hesabına Oleq və Serqey protezi əhəmiyyətli dərəcədə ucuzlaşdırmağa nail olublar. Protez cəmi 1500 dollara başa gəlir.

Yeniliyin müəllifləri hissələrin siyahısını və 3D printerdə çap üçün hazır faylları internetdə pulsuz yerləşdiriblər ki, hər kəs müstəqil şəkildə protezi yığa bilsin.

Ən son yazılan

XS
SM
MD
LG