Keçid linkləri

Təcili xəbərlər

3D çapı keçəlləşməyə qalib gələ bilər


Fransız alimləri keçəlləşmə ilə 3D çap texnologiyasının köməyilə mübarizə aparmağı təklif edirlər. Tədqiqatçılar saç follikullarını (saç kökünü) çap etmək fikrindədirlər. Sonradan bu follikullardan saç çıxacaq.

Mütəxəssislər 3D çapın bir növü olan lazer bioçapı texnologiyasından yararlanmaq niyyətindədirlər. Onun köməyilə bioloji toxumanı əldə etmək mümkündür. Bu toxumada üçölçülü məkanda hüceyrələr yerləşdiriləcək və onların yüksək dözümlülüyü təmin ediləcək. Xüsusi printer lazer şüasının köməyilə hüceyrələri götürərək qidalı maddələrin olduğu bazanın üzərinə keçirəcək. Hüceyrələr burada böyüyəcək.

Bu əməliyyat əsl saç follikulu əldə etməyə imkan verəcək. O, bioloji toxumanın üzərində daha üç həftə yetişəcək. Hazır olanda onu keçəlləşmədən şikayətlənən insana köçürəcəklər.

Bu üsul hələ kliniki sınaqdan keçirilməyib. Hələ ki, çap olunmuş follikullar heç bir canlıya köçürülməyib.

XS
SM
MD
LG