Keçid linkləri

Təcili xəbərlər

Obama da Marsdan danışdı


Prezident Barak Obama Kennedi Kosmik Tədqiqatlar Mərkəzində. Aprel, 2010.

Ağ Evdə prezident kimi son günlərini yaşayan Barak Obama prezidentiyinin əvvəlində verdiyi vədlərdən birini yenidən xatırlayıb. O, 2010-cu ildə NASA-nın qarşısına Marsa idarəolunan ekspedisiya göndərməyi məqsəd qoymuşdu. Bir problem var – Obamanın ritorikası aministrasiyanın maliyyə siyasəti ilə uyğunlaşmır.

Prezidenti narahat edən daha vacib problemlər yoxdurmu? ...Təbii ki, amma artan ictimai maraq fonunda Marsı da unutmaq olmaz.

Prezidenti narahat edən daha vacib problemlər yoxdurmu? Bəlkə İraq, Əfqanıstan və Suriyan da daxil olmaqla Yaxın Şərqdəki Amerikanın üzləşdiyi problemlər? Yoxsa Rusiya ilə faktiki olaraq soyuq müharibə vəziyyətinə qayıdış? Bəlkə də irqi qarşıdurmaların kəskinləşməsi və ya ABŞ-da qeyri-leqal immiqrasiya problemləri? Təbii ki, amma artan ictimai maraq fonunda Marsı da unutmaq olmaz.

CNN xəbər protalında Obamanın ABŞ astronavtlarının qonşu planetə uçuşu haqqında məqalə formatlı çıxışı dərc edilib. Çıxışda o, kosmosun öyrənilməsinin həm öz ölkəsi, həm də bütün dünyaya faydalarını sadalayaraq, bunun yalnız Amerikanın kosmik liderliyi sayəsində mümkün olduğunu da qeyd etməyi unutmayıb.

Obamanın sözlərində həqiqətlər çoxdur, lakin kosmik siyasət sahəsi üzrə ekspert Con Loqsdonun qeyd etdiyi kimi, “yalnız məlumatı olmayanlar bu sözlərdə yeni nəsə tapa bilər”. Loqsdon onu da deyir ki, prezidentin çıxışında qeyd etdiyi problemlər onun əvvəl qoyduğu məqsədləri təkrar edir və NASA bunların üzərində artıq çalışır.

15 aprel 2010-cu ildə Kennedi adına Kosmik mərkəzdə çıxışı zamanı Obama, yaxın gələcək üçün gözləntilərdən danışmışdı: 2015-ci ilədək yeni ağır raket daşıyıcısının yaradılması; 2025-ci ilə qədər Yer planetinə yaxın yerləşən asteroidə insanın uçuşu; daha sonra isə 2030-cu illərin ortalarında bu cür uçuşun artıq Marsa həyata keçirilməsi. Bu hədəflərə çatmaq üçün Obama agentliyin büdcəsini 2015-ci ildən başlayaraq 6 milyard dollar artıracağını demişdi.

...[astronavtlar] 2039-da ilk dəfə Qırmızı planetə ayaq basacaqlar. 2043-cü ildə isə Marsa ikinci ekspedisiya enməlidir.

Lakin NASA-nın büdcəsini artırmaq mümkün olmadı. Əksinə, Obamanın hakimiyyəti illərində büdcə durmadan azalırdı. Buna baxmayaraq, NASA bu hədəflər üzərində çalışıb və Marsa uçuşları reallaşdırılacağı müddətləri açıqlayıb: 2033-cü ildə astronovtlar planetin peyklərindən biri olan Fobosa çatacaqlar, və nəhayət 2039-da ilk dəfə Qırmızı planetə ayaq basacaqlar. 2043-cü ildə isə Marsa ikinci ekspedisiya enməlidir.

Lakin, müvafiq dövlət idarələrində kosmik programın strateji hədəfləri barədə konsensus yoxdur. Bir çox ekspertlər, məsələn, vaxtilə NASA-da rəhbər vəzifələrdə çalışan, hazırda isə Vaşinqtonda Kosmik Siyasət İnstitutunun rəhbəri Skott Peys Aya qayıdış layihəsini kommersiya nöqteyi-nəzərindən və eləcə də beynəlxalq əməkdaşlıq baxımından daha məqsədəuyğun hesab edir.

Buna da bax: 3D çapı keçəlləşməyə qalib gələ bilər

Bəziləri isə Marsdan öncə, daha yaxın məsafədə yerləşən Veneraya orbital missiya həyata keçirilməsinin daha düzgün olduğunu deyirlər. NASA HAVOC layihəsi çərçivəsində belə bir variantın da üzərində işləyir.

Təbii ki, NASA-nın hədsiz aktivliyində Obamanın da zəhməti var. Ehtimal ki, Obama, tarixdə xüsusi rolda – insanların başqa planetlərə köçməsinin əsasını qoymuş siyasi lider kimi qalmaq istəyir.

Ən son yazılan

XS
SM
MD
LG