"Coca-Cola" və "PepsiCo" şirkətləri öz maraqlarını təmin etmək üçün ABŞ-ın 96 tibbi qurumu ilə sözləşiblər. Boston Universitetinin ekspertləri apardıqları araşdırmanın yekununda bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "American Journal of Preventive Medicine" nəşrində dərc edilib.
Sözləşmənin təxmin edilən məqsədi qazlı içkilərin piylənməyə səbəb olması faktını ictimaiyyətdən gizlətmək olub.
Müəyyən edilib ki, 2011-2015-ci illər arasında qazlı içki istehsalçıları "Coca-Cola Company" və "PepsiCo" səhiyyə qurumlarının hesablarına pul köçürüblər. Bu strukturların bir çoxu piylənmə ilə mübarizə aparan tibb müəssisələridir. Sözləşmənin təxmin edilən məqsədi qazlı içkilərin piylənməyə səbəb olması faktını ictimaiyyətdən gizlətmək olub.
Bundan başqa qeyd edilir ki, bu müddətdə "Coca-Cola" və "PepsiCo" səhiyyə sahəsində 29 qanun layihəsinə qarşı lobbiçilik edib. Bu qanun layihələri artıq çəki ilə mübarizə və şəkərli qazlı içkilərin istehlakının məhdudlaşdırılması kimi məsələləri əhatə edirmiş.
Araşdırmada təqdim olunan məlumatlara görə 2011-2014-cü illərdə "Coca-Cola" sözügedən məqsədlər üçün ildə 6 milyon, "PepsiCo" isə 3 milyon dollardan çox pul xərcləyib. 96 səhiyyə müəssisəsindn 12-si hər iki şirkətdən pul alırmış. Biri yalnız "PepsiCo"dan, 83-ü isə təkcə "Coca-Cola"dan pul alırmış.