Keçid linkləri

Təcili xəbərlər

Nəsli kəsilmiş bilinən delfini görən olub


Baydci - Çin şay delfini. 2004
Baydci - Çin şay delfini. 2004

Çində 2006-cı ildən nəsli kəsilmiş hesab edilən delfini ətraf mühiti qoruyan təşkilatın fəalları aşkar ediblər. Delfin Anxoy vilayətində yerləşən Yanszı çayının sularında gözə dəyib. Bu barədə ölkənin informasiya agentlikləri xəbər verir.

Baydci adı iə tanınan bu çay delfinlərinin Yanszı sularında 20 milyon ərzində yaşadıqları hesab olunur. Onların yox olmalarına səbəb isə suların həddən artıq çirklənməsi və ovlanmaları olub. Lakin təbiət müdafiəçiləri baydcini sonuncu ekspedisiyaları zamanı gördüklərini iddia edirlər. Fəalların dediyinə görə, delfin, Anxoy vilayətinin Uxu şəhəri yaxınlığında görünüb. “Heç bir digər heyvan suda bu cür tullanmır. Bunu görən hamı, balıqçılar belə əmindirlər ki, bu, Baydci idi”, deyə ekspedisiyanın rəhbəri Sun Ki bildirir.

Hər şey elə tez bir zamanda baş verib ki, fəalların delfinin fotosunu çəkməyə belə vaxt tapmayıblar. Sun Ki növbəti ilin əvvəllərində Yanszı çayına ekspedisiyaya çıxmağı planlaşdırdığını da qeyd edib.

Ən son yazılan

XS
SM
MD
LG