Keçid linkləri

Təcili xəbərlər

Almaniya hökuməti "Tesla" avtopilotuna tam etibar etməməyə çağırıb


Alman hökuməti ölkədəki 2500-ə qədər Tesla sürücüsünü xəbərdar edib ki, avtopilot sistemi maşının avtonom qaydada idarə edilməsini tam təmin edə bilməz. Federal Avtomobil İdarəsi Tesla sahiblərinə məktub göndərərək avtopilot sisteminin yalnız sürücülərə yardım məqsədi daşıdığını xatırladıb. Məktubda deyilir ki, bu sistem maşını sürücünün daimi nəzarəti olmadan idarə etmək qabiliyyətinə malik deyil. Almaniyanın "BILD Zeitung" qəzeti yazıb ki, "Tesladan bu sistemə yeni ad tapması xahiş olunub".

BILD həmin məktubu dərc edib.

Buna da bax: Çin Facebook qadağasını ləğv edə bilər

Məktubda sürücülərə maşının texniki təlimatlarını oxumaq və orada yazılanlara əməl etmək tövsiyyə olunur. Sürücülərdən xahiş edilir ki, maşının sahibi dəyişdiyi təqdirdə yeni sahibin ünvanını federal idarəyə bildirsinlər.

Çində və ABŞ-da Teslanın Model S avtomobilinin sürücülərinin qəzaya düşərək ölməsindən sonra Avtopilot sistemi ciddi sorğulanmağa başlayıb. Bir neçə həftə əvvəl Almaniyada bir Model S maşını avtobusu arxadan vurub. Avropanın başqa yerlərində də buna bənzər qəzalar baş verib. Almaniya Nəqliyyat nazirliyinin mütəxəssisləri Teslanın avtopilotunu "ciddi nəqliyyat riski" adlandırıblar.

Ən son yazılan

XS
SM
MD
LG