Keçid linkləri

Təcili xəbərlər

Alimlər kolbasa məhsullarının ziyanından danışır


Amerika Xərçəng Araşdırmaları İnstitutu və Dünya Xərçəng Araşdırma Fondunun alimləri xəbər veriblər ki, spirtli içkilərdən, sosis və kolbasalardan mütəmadi istifadə mədə xərçənginin yaranma səbəblərindən biridir.

...təkrar emal edilmiş ət məhsullarının istifadəsi və mədə onkologiyası arasında əlaqənin aşkar sübutu var.

Mütəxəssislər insanların qidalanma vərdişlərini və onların meylli olduğu xəstəliklər arasında əlaqələri araşdıran çoxsaylı tədqiqatların nəticələrinə baxıblar. Onların fikrincə, təkrar emal edilmiş ət məhsullarının istifadəsi və mədə onkologiyası arasında əlaqənin aşkar sübutu var.

“Ət məhsulunun təkrar emalı nəticəsində əldə edilən kolbasa məhsullarının mütəmadi istifadəsi mədə xərçənginə səbəb ola bilər”, deyə ABŞ alimləri bildiriblər. Alimlər iddia edirlər ki, xəstəlik ilk növbədə yanlış qidalanma nəticəsində yaranır. Mədə-bağırsaq traktına isə gündəlik yemək rasionu birbaşa təsir edir.

Hər gün sosis və ya kolbasadan istifadə edən insanlarda onkoloji xəstəliyin yaranma ehtimalı bu məhsulları ümumən yeməyənlərdən 15-38% daha çoxdur. “Bu gün mədə xərçənginin müalicəsi mümkündür, lakin nə yediyinizə diqqət etmək daha yaxşı olar. Problem yalnız ətin hazırlanmasında istifadə edilən kimyəvi maddələr deyil. Müasir heyvan yemləri də təhlükəlidir, onların tərkibi artıq boy və çəkinin artmasına gətirib çıxaran ziyanlı qatqılar və əlavələrlə zəngindir”, deyə həkimlər qeyd ediblər.

XS
SM
MD
LG