Keçid linkləri

Təcili xəbərlər

 Xeops piramidasında gizli otaqlar tapılıb


Misir piramidalarının skan edilməsi ilə bağlı ScanPyramids adlı beynəlxalq layihəyəyə qoşulan alimlər, hələ ki, tam aydın olmayan iki anomaliyanı aşkar etdiklərini bəyan ediblər.

Söhbət əvvəllər heç kimə məlum olmayan iki boşluqdan, ola bilsin ki, hücrə və ya keçiddən gedir.

Son il ərzində alimlər Xeops, Giza yaylasında yerləşən Xefren piramidasını, həmçinin Daxçurda yerləşən Əyri və Qırmızı piramidaları da skan ediblər. Tədqiqatçılar skan prosesində infraqırmızı termoqrafiya, muon radioqrafiyası və 3D-yenidənqurma texnologiyasından istifadə ediblər.

Mehdi Tayubi, Paris İrs Saxlama İnnovasiya İnstitutunun təsisçisi bildirir ki, skan sayəsində Xeops piramidasında iki anomaliya aşkar edilib. Söhbət əvvəllər heç kimə məlum olmayan iki boşluqdan, ola bilsin ki, hücrə və ya keçiddən gedir. Onlardan biri tikilinin şimal tərəfində giriş qapılarının üzərində, ikincisi isə şimal-şərqində yerləşir.

Buna da bax: Teleportasiyada dönüş: fotonları 6 kilometr məsafəyə ötürmək olub

Skanın nəticələri artıq laboratoriyaya göndərilib. Alimlər ümid edirlər ki, kompüter modelləşdirmə prosesində 146 metrlik hündürlüyə malik olan tikilidə sözügedən anomaliyaların formasını, ölüçüsünü və təyinatını müəyyən etmək mümkün olacaq.

Xeopsda ilk qeyri-adiliklər 2015-ci ildə aşkar edilib və müəyyən edilib ki, tikilinin bəzi blokları digərlərinə nisbətən daha yüksək hərarətə malikdir. Alimlərin səylə apardığı davamlı tədqiqatlar hərarət fərqinin gizli otaqların olmasından xəbər verməsi gümanını təsdiq edib.

Ən son yazılan

XS
SM
MD
LG