Keçid linkləri

Təcili xəbərlər

Dünyanın ən bahalı döyüş gəmisi ABŞ-da istifadəyə verilib


Zumwalt - ABŞ hərbi donanmasının yeni nəsil döyüş gəmisi
Zumwalt - ABŞ hərbi donanmasının yeni nəsil döyüş gəmisi

ABŞ-ın hərbi-dəniz donanmasına tamamilə yeni döyüş gəmisi daxil olub. Destroyer tipli yeni gəmi dəniz sərkərdəsi Elmo Zumwaltın şərəfinə "Zumwalt" adlandırılıb.

Radar sistemləri üçün görünməz hesab edilən gəmi zahirən daha çox sualtı qayığı xatırladır.

Radar sistemləri üçün görünməz hesab edilən gəmi zahirən daha çox sualtı qayığı xatırladır. Onun bütün sistemləri korpusla örtülüdür. Gəminin uzunluğu 180 metr, su tutumu 15 min tondur. Destroyerin heyətində 147 dənizçi var.

Gəmi 155 millimetrlik toplar və onlar üçün uzaqməsafəli, "gəmi-sahil" tipli LRLAP idarəolunan mərmiləri ilə təchiz olunub. Silahlar arasında bundan başqa SM-2MR və ESSM tipli zenit raketləri, Tomahawk qanadlı raketləri və sualtı qayıq əleyhinə ASROC raketləri var.

Buna da bax: Xeops piramidasında gizli otaqlar tapılıb

"Zumwalt" iki Sikorsky SH-60 LAMPS SeaHawk tipli qayıq əleyhinə helikopterdən istifadə etməyə qadirdir. Helikopterlər gəminin anqarında gizlədilir. O, bundan başqa helikopterləri, konvertoplanları və şaquli qalxa bilən təyyarələri qəbul etməyə qadirdir.

Gəminin qiyməti 3,5 milyard dollardır və bu onu, indiyə qədər tikilmiş ən bahalı döyüş gəmisi edir. Aviadaşıyıcı gəmilər bundan da baha başa gəlsə də, birbaşa döyüş gəmiləri hesab edilmir.

Gəminin qiyməti 3,5 milyard dollardır və bu onu, indiyə qədər tikilmiş ən bahalı döyüş gəmisi edir. Aviadaşıyıcı gəmilər bundan da baha başa gəlsə də, birbaşa döyüş gəmiləri hesab edilmir. 2010-cu ildən bəri ikinci belə gəminin tikintisinə də başlanılıb. "Zumwalt" tipli üçüncü gəminin düzəldilməsinə dair müqavilələr imzalanıb. Çox baha başa gəldiyindən ABŞ hərbi-dəniz qüvvələri hələlik cəmi üç belə gəmi ilə kifayətlənəcək.

Gəminin bazası ABŞ-ın Sakit okean sahillərində yerləşən San Diego olacaq. Jurnalistlər artıq bu destroyeri "gələcəyin gəmisi" adlandırıblar. Təsadüfdən gəminin ilk kapitanının adı (James Kirk) "Star Trek" serialındakı "Enterprise" gəmisinin kapitanının adı ilə eynidir.

Ekspertlər deyirlər ki, gözəgörünməz destroyerin hərbi dəniz donanmasına daxil olması iyirminci əsrin əvvəllərində aviadaşıyıcıların yaranmasından da əhəmiyyətli hadisədir. Onların fikrincə bu hadisəni yelkənli donanmaya son qoymuş buxar mühərrikli gəmilərin yaranması ilə müqayisə etmək olar.

Ən son yazılan

XS
SM
MD
LG