Keçid linkləri

Təcili xəbərlər

Kartof mühacirəti


İdrak Abbasovun videobloqundan səhnə
İdrak Abbasovun videobloqundan səhnə

Jurnalist İdrak Abbasov yaşadığı Norveçdən o videonu paylaşanda, bəlkə də təsəvvür etmirdi ki, üzərinə bu qədər suallar yağacaq, Norveçə gəlmək istəyən həmvətənlərinin sayı bu qədər çox olacaq. Belə baxanda, nə var axı videoda? Yol kənarında qoyulmuş sahibsiz kartof kisələri. Yanında ödəniş etməyin yolunu göstərən yazı və pul atmaq üçün qutu. Vəssalam. Qalan hər şey qalır sənin insan kimi normal əxlaqına...

Videodan sonra internetdə “Norveçə necə getməli?” janrında məlumat axtaran, məlumatı dirək İdrak bəyin özündən soruşanlar həddən artıq çoxmuş.

Videodan sonra internetdə “Norveçə necə getməli?” janrında məlumat axtaran, məlumatı dirək İdrak bəyin özündən soruşanlar həddən artıq çoxmuş. Inanıram. Jurnalistikaya, siyasətə, vətəndaş cəmiyyətinə heç bir aidiyyatı olmayan qohumumuz bizə bu videodan danışıb, Norveçə necə getmək mümkün olduğu barədə soruşanda, anladım ki, vəziyyət doğrudan da ümidsizdir.

Bəzilərimiz düşünürük ki, bu videodan sonra Norveçə getmək istəyənlərin bu qədər çox olmasının səbəbi budur ki, orada insanlara inanır, onun dürüstlüyünə əminliklə hər şeyi açıqda, sahibsiz qoyurlar. Elə bilirik ki, bizim insanları norveçlilərin bu inamı cəlb edir. Onlar insanın dürüstlüyünə,əxlaqına inamın olduğu yerlərdə yaşamaq istəyirlər.

Əslində, məsələ daha sadə və sadə olduğu qədər də məzlumyanadır. Bizim insanların çoxu o videodan sonra düşündü ki, Norveçdə dükanlarda da satıcı yoxdur. Hər şey o kartof kisələri kimi sahibsizdir. Və Norveçə oğurlamaq, pulsuz şeylər əldə etmək üçün getməyə çalışırlar.

Nə etməli, bəxtimizə insan haqları, söz, vicdan azadlığı, təhlükəsizlik baxımından ən pis ölkələrdən biri düşüb.

Təbii, hər bir insanın yüksək rifahla yaşamaq haqqı, bu yaşamı arzulamaq, bu arzuya çatmaq üçün çalışmaq haqqı var. Hansı ölkədə yaşadığımızı nəzərə alsaq, bunları xaricdə əldə etmək istəyənləri qınamaq da mümükün deyil. Nə etməli, bəxtimizə insan haqları, söz, vicdan azadlığı, təhlükəsizlik baxımından ən pis ölkələrdən biri düşüb.

Amma faciə onda deyil ki, insanlar öz vətənlərini, doğma insanları qoyub, yad, soyuq ellərə axışmaq üçün belə hazırdırlar. Axı necə olursa olsun, ən pis yeri də tərk eləmək asan deyil. Ən pis, ən isti, ən şaxtalı, ən boz yerlərə də illər keçdikcə bağlanırsan, oraya aid olursan. Bu mənada axı təbiəti, havası, mətbəxi, insanları ilə Azərbaycan doğrudan da ən pis ölkə, ən pis yer deyil. Günəşli, bərəkətli, mülayim, insanları istiqanlı ölkədir.

Buna da bax: Qərbdən gileyli Azərbaycanlılar və yaxud Qərb “İsgəndər”ləri niyə görmədi...

Faciə bundadır ki, ölkəni elə günə qoyublar, yol qırağında pulsuz kartofun olması belə azərbaycanlılara doğma yurd-yuvalarından didərgin düşmək üçün səbəb ola bilir. Görün, ölkə necə pis vəziyyətdədir ki, insanları dəbdəbə, lüks deyil, adi kartofla yoldan çıxarmaq, qürbətə, mühacirətə getməyə həvəsləndimək olur. Vəziyyət gülməli də görünə bilər, amma bir az həssas adamlar üçün, bu, doğrudan da çox kədərlidi, hətta ağlamalıdır.

Amma ən pisi hələ bu da deyil. Hələ ki, insanlar, yollarında pulsuz ərzaqlar qoyulan ölkənin özlərininkindən daha bərəkətli, daha bolluq olduğuna inanıb, getmək istəyir. Ən pisi odur ki, yaxın vaxtlarda gün gələcək, sözün həqiqi mənasında ac insanlar məhz həmin kartofu yoldan götürüb, yemək üçün Norveçə getmək istəyəcəklər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG